Bakıda 1-ci Xəzər Beynəlxalq kater və yaxtalar sərgisi keçiriləcək

Xəbərlər 2 May 2014 00:00 2206
Bakıda 1-ci Xəzər Beynəlxalq kater və yaxtalar sərgisi keçiriləcək

Bu il 2014-cü ilin mayın 15-dən 17-dək Bakıda 1-ci Xəzər Beynəlxalq kater və yaxtalar sərgisi (“CİBS 2014”) keçiriləcək. “Iteca Caspian” şirkətindən Seyyah.az-a verilən xəbərə görə, sərgidə “CIBS 2014”-də su-motor texnikası və müvafiq məhsullar nümayiş etdiriləcək.

Sərgiyə yaxta həvəskarlarının tanınmış nümayəndələri qatılacaq. “CIBS 2014” sərgisi Azərbaycanda yaxta bazarının inkişafı və irəliləyişinə kömək edəcək. “CIBS 2014” su-motor texnikasının yenilik və son nailiyyətlərinin təqdimatı ilə birgə qarşıdan gələn yaxta mövsümünə hazırlıqla tanış olmaq üçün böyük fürsətdir.

 

OXŞAR XƏBƏRLƏR