Şopinq festivalına yeni magazalar qoşulub- SİYAHI, ENDİRİMLƏR

Xəbərlər 22 Aprel 2017 00:00 2188
Şopinq festivalına yeni magazalar qoşulub- SİYAHI, ENDİRİMLƏR

Bakıda aprelin 10-dan start verilmiş Bakı Şopinq Festivalına qoşulan mağaza və obyektlərin sayı artmaqdadır. Son günlər festivala yeni mağazalar da cəlb olunub. Onlar festival günlərində alıcılara böyük endirimlər təqdim edəcəklər. Seyyah.az festivala yeni qoşulan mağazaları təqdim edir:  

 

“Ordubad nemətləri”mağazası

Bakı Şopinq Festivalına qoşulan mağazalar arasında “Ordubad nemətləri” də yer aldı. Bakı Şopinq Festivalının iştirakçı statusu alan mağaza turistlərə və paytaxt sakinlərinə Azərbaycanın dadlı nemətlərini təqdim edir.

Ölkəmizin dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yetişdirilən məhsullar ölkəmizin sərhədlərindən kənarda da böyük şöhrət qazanıb. Həmin nemətləri daha sərfəli qiymətlərlə və bol çeşidlə almaq istəyən alıcılar üçün böyük fürsət təqdim edirik.

Bakının Aşıq Alı küçəsi, 3 C ünvanında yerləşən “Ordubad nemətləri” mağazasında mayın 10-dək ərzaq məhsullarına 30 faiz endirim olunacaq. Üstəlik ödənilən ƏDV də geri qaytarılacaq.

 

“Loro Piana” mağazası 

Paytaxtımızda fəaliyyət göstərən “Loro Piana” mağazası Bakı Şopinq Festivalına qoşularaq alıcılar üçün xüsusi güzəşt kampaniyasına start verdi. Bu gündən etibarən Bakı şəhərinin mərkəzində - Rəsul Rza küçəsi, 4 ünvanında yerləşən “Loro Piana”da endirimlər başladı.

“Xaqani” bağının yanında yerləşən, qadın, kişi və uşaq geyimlərinin satışı ilə məşğul olan bu mağazada seçilmiş mallara Bakı Şopinq Festivalı günlərində 60 faizədək endirimlər tətbiq edilib.

Bu fürsətdən hər kəs, festivalın sonuncu gününə – mayın 10-dək istifadə edə bilər. 

 

“La Parfumerie” mağazası

Məşhur “La Parfumerie” mağazası da Bakı Şopinq Festivalına qoşulan brend mağazalar sırasında öz yerini aldı. Festival münasibətilə mağazada alıcılar üçün xüsusi güzəşt kampaniyası başlandı.

Bu gündən etibarən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 83 ünvanında yerləşən La Parfumerie mağazası böyük endirimlərə start verildi.

Bakı Şopinq Festivalı günlərində bu mağazada seçilmiş mallara 50 faizədək endirimlər tətbiq edilib. Üstəlik, alıcılar, “Baku Shopping Festival – Tax Free” stikerini gördükləri mağazada festival zamanı aldıqları malların əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.

La Parfumerie mağazasında bu fürsətdən hər kəs, festivalın sonuncu gününə – mayın 10-dək istifadə edə bilər!

 

“Carlo Pazolini” mağazası

Festivala qoşulan daha bir mağaza – “Carlo Pazolini” də alıcılar üçün xüsusi güzəşt kampaniyasına başlayıb. Aprelin 10-dan etibarən Bakının İnşaatçılar prospekti 4a və Bül-bül prospekti 23 ünvanlarında, eləcə də, Gənclik Mall-da yerləşən “Carlo Pazolini” mağazalarında endirimlərə start verib.

Bakı Şopinq Festivalı günlərində bu mağazada seçilmiş mallara 30 faizədək endirimlər tətbiq edilib. Üstəlik, alıcılar “Baku Shopping Festival – Tax Free” stikerini gördükləri mağazada festival zamanı aldıqları malların əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.

Bu fürsətdən hər kəs, festivalın sonuncu gününə – mayın 10-dək istifadə edə bilər.

OXŞAR XƏBƏRLƏR