Türkiyə şirkətinin Bakıya xəyanəti təsdiqləndi - FOTO

Xəbərlər 23 Aprel 2017 00:00 742
Türkiyə şirkətinin Bakıya xəyanəti təsdiqləndi - FOTO
Türkiyənin tanınmış hava yolları şirkətlərindən biri olan “Pegasus”un 1 iyundan etibarən İstanbuldan İrəvana birbaşa reyslər başladacağı xəbəri təsdiqlənib.
“Pegasus” şirkəti rəsmi saytında Ermənistana ən ucuz qiymətə təyyarə biletlərinin satışına başlayıb.
“Pegasus” şirkəti Türkiyənin ən varlı ailələrindən biri olan Sabancılara məxsusdur.
Qeyd edək ki, Azərbaycan torpaqlarının işğalı səbəbindən Türkiyə Ermənistanla birbaşa siyasi-iqtisadi əlaqəsini 1993-cü ildən dayandırıb və bu ölkəyə çarter reysləri qadağandır.
 
Mənbə: Eurasiadiary
OXŞAR XƏBƏRLƏR