Rusların Türkiyədə qalma müddəti artırılacaq

Xəbərlər 24 Aprel 2017 00:00 391
Rusların Türkiyədə qalma müddəti artırılacaq

Rusiya vətəndaşlarının Türkiyədə vizasız qalma müddəti artırılacaq.

Bunu jurnalistlərə Türkiyə XİN rəhbəri Möblud Çavuşoğlu Alanyada keçirilən Rus Mətbuat Şurasının konfransında deyib.

Seyyah.az xəbər verir ki,"Rusiya vətəndaşlarının Türkiyədə vizasız qalma 60 gündən 90 günə qədər artırılacaq", deyə Çavuşoğlu bildirib.

 

Qeyd edək ki, apreli 22-si Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov bildirmişdi ki, Rusiya tərəfi xidməti pasportların sahibləri üçün, iri biznes üçün, ilk növbədə, məhz Rusiya ilə işləyən biznes üçün viza prosedurunu sadələşdirməyə hazırdır.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR