Azərbaycanlı turistlər daha çox ailəvi istirahətə üstünlük verir, yoxsa dost –tanışla? Bu suala mütəxəssislər cavab veriblər.
Turizm şirkətlərindən birinin meneceri Ülfanə Mahmudova ailəvi istirahətə gedənlərlə dost-tanışları ilə səyahətə çıxanların arasında say fərqinin çox olmadığını bildirdi. Belə ki, ailəvi istirahətə gedən vətəndaşlar daha çox resort yerləri, yəni şəhər turlarını yox, məhz bir məkanda, qonaqlamağı xoşlayır.
Ü.Mahmudova ailəvi istirahətə gedənlərin daha çox Türkiyə və Birləşmiş Ərəb Əmirliklərini seçdiyi bildirdi. Dostları ilə istirahə hazırlaşanlar isə daha çox şəhər turlarını seçirlər. Bu cür səyahətə çıxanlar, əsasən, Avropa ölkələrinə üstünlük verirlər.
Qeyd edək ki, ailəvi istirahəti seçənlər, əsasən, 5 ulduzlu hotellərə üstünlük verirlər. Dostları ilə səyahətə çıxan azərbaycanlılar isə bir qədər qənaət edirlər. Belə turistlər əsasən pula qənaət etməyə çalışdığından xidmətlərin də ucuzundan istifadə edirlər.
Mənbə: fins.az