Cəsarət tələb edən turistik istiqamət – ƏFQANISTAN

Xəbərlər 24 Aprel 2017 00:00 745
Cəsarət tələb edən turistik istiqamət – ƏFQANISTAN

Əfqanıstan prezidenti Əşrəf Qəni Turizm Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Seyyah.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə,yeni təşkilatın məqsədi ölkəyə xarici turistləri cəlb etməkdir.

Məlumata görə, Turizm işləri üzrə dövlət naziri bundan öncə Parlament işləri üzrə nazir olan Qulam Nəbi Fraxi təyin edilib.

Qeyd edək ki, Əfqanıstan təxminən 40 ildir ki, müxtəlif silahlı münaqişələrdən əziyyət çəkir. Bu da ona gətirib çıxardıb ki, ölkədə turizm təhlükəli səviyyədədir.

Ötən ilin avqustunda Əfqanıstan üzərində 15 il hökmranlıq edən “Taliban” terror təşkilatı İran sərhədinə yaxın Herat şəhərində xarici turistlərlin getdiyi avtobusa silahlı hücum etmişdilər. Sürücü ilə birlikdə 6 nəfər müxtəlif xəsarətlər almışdı.

 

Əfqanıstana cəsarət göstərib gedən az saylı turistlər arasında ən populyar istiqmət Bamian əyaləti sayılır. Bu region səyahətçiləri füsünkar təbiəti və qədim memarlıq abidələri ilə cəlb edir.

Mənbə: Fins

OXŞAR XƏBƏRLƏR