Kanadada vətəndaşlığı necə almaq olar? – QAYDALAR

Xəbərlər 24 Aprel 2017 00:00 1941
Kanadada vətəndaşlığı necə almaq olar? – QAYDALAR

Kanada xaricində yaşayan bir çox insanlar bu ölkədə vətəndaşlıq almağın qaydaları barədə suallar verirlər. Elə Kanada hökuməti də gizlətmir ki, miqrantların gəlişində maraqlıdı.

Kanada immiqrantlar ölkəsidir. Elə bu da ölkədə asan vətəndaşlıq almaq kimi steorotiplər yaradıb. Ancaq əslində Kanadada vətəndaşlıq almaq elə də asan deyil. Seyyah.az bu məsələyə aydınlıq gətirib.

Kanadada vətəndaşlıq hüququ qazanmaq üçün ilk növbədə, bu ölkədə 4 il daimi yaşamaq lazımdır. Bundan başqa yaxşı olar ki, vətəndaşlıq almaq istəyənin ən azı  18 yaşı olmalıdır. Əgər həmin şəxsin yaşı 18-dən azdırsa bu zaman onun əvəzinə bütün sənədləri dayəsi və ya validenləri doldurmalıdır. Bundan başqa həmin şəxsin valideynləri  ən azından Kanadada yaşamaq üçün ərizə ilə müraciət etməlidirlər.

Bu ölkədə ixtisaslı işçilər üçün “Express entry” proqramı fəaliyyət göstərir. Bu proqramda qeydiyyatdan keçən namizədlər müəyyən suallara cavab verməklə xüsusi ballar toplayırlar. Onun əsasında da onların namizədliyinin uyğun gəlib gəlmədiyi müəyyən olunur.

 

Aşağıdakı linkdən 2017-ci il üçün priaritet olan peşələrin siyahısını öyrənmək olar.

http://vancouverok.com/provintsiya-onatrio-oglasila-samye-vostrebovannye-professii-i-nachala-priem-zayavok-na-immigratsiyu/

Əgər sizi daimi yaşamaq üçün Kanadaya dəvət ediblərsə, burada yaşamaq planlarınız barədə ətraflı məlumat verməlisiz. Əgər minumum iki il Kanadada yaşamısızsa, onda daimi yaşamaq hüququnuz bir qədər də artacaq.

Kanadada yaşamaq hüququ ola-ola vətəndaşlıq almaq elə də asan deyil. Bunun üçün daimi yaşamaq hüquqi ilə Kanadada 1 460 gün yaşamaq lazımdır. Bundan başqa bu ölkədə yaşandığı müddətdə vergi ödəyicisi olmaq lazımdır. Bu da həmin şəxsin Kanadada qanuni işlədiyinin göstəricisi olur.

 

Kanadada rəsmin dövlət dili 2-dir - ingilis və fransız. Ona görə də bu ölkədə yaşamaq üçün  ən azından onlardan birini bilmək lazımdır. Lakin dil biliyinin elə də mükəmməl olması gərəkmir. Yetər ki, gündəlik danışıq sözlərini biləsiz. Bundan başqa Kanada haqqında səthi formada biliklərin olması da lazımdır. Çünki müsahibə zamanı bu tipli suallar verilir.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR