2 həftəyə 613 min manat ƏDV

Xəbərlər 24 Aprel 2017 00:00 516
2 həftəyə 613 min manat ƏDV

Bakı Ticarət Festivalının başlanmasından ötən iki həftə ərzində, yəni 2017-ci il aprel ayının 10-23-də ticarət festivalı çərçivəsində alınmış mallara görə 172 obyektdə 8 358 elektron vergi hesab fakturası tərtib edilib.

Seyyah.az-ın Vergilər Nazilriyinin Media və Kommunikasiya Mərkəzinə istinadən verdiyi xəbərə görə, onlardan da 7 902-si Vergilər Nazirliyinin ƏDV köşklərində təsdiqlənib. Təsdiqlənmiş hesab fakturaların 7 397-si Azərbaycan vətəndaşları, 505-i isə əcnəbilər tərəfindən təqdim olunub.

Həmin hesab-fakturalar üzrə ümumi dövriyyə məbləği (alınmış malların ümumi məbləği) 6 313,2 min manat, alıcılara qaytarılmalı məbləğ isə 612,97 min manat təşkil edib. Bu məbləğin 595 min manatı malın alındığı gün alıcıya nəğd qaydada qaytarılıb.

 

Sözügedən dövr ərzində mal alarkən ticarət festivalını deyil, “tax free” sistemini seçmiş əcnəbilərə ümumi məbləği 829,97 min manat olan 449 elektron vergi hesab fakturası təqdim olunub, başqa sözlə, həmin dövr ərzində əcnəbilərə ƏDV-nin qaytarılması məqsədilə ümumi məbləği 1 000,2 min manat olan 954 elektron vergi hesab fakturası verilib.

Mənbə: Fins

OXŞAR XƏBƏRLƏR