Dünyanın 30 ən gözəl festivalı – SİYAHI - TARİXLƏR

Xəbərlər 25 Aprel 2017 00:00 4600
Dünyanın 30 ən gözəl festivalı – SİYAHI - TARİXLƏR

Möhtəşəm tədbirlər arasında elələri var ki, onların iştirakçısı olmaq üçün bəzən dünyanın o başına getmək lazın gəlir. Əksər insanlar heç olmazsa ömürlərində bircə dəfə hər il Almaniyanın Mühnen şəhərində keçirilən Oktoberfest folklore festivalına və yaxud Nyu-Orleandakı Mardi Qra bayramına qatılmağı arzu edir. Siz kömək etmək üçün biz dünyanın 30 ən iri festivalının siyahısını sizə təqdim edirik.

 

1) EXİT – musiqi festivalı - bu tədbir demokratiyaya dəstək uğrunda tələbələrin qeyri-formal aksiyasıdır. Hər il Serbiyanın Novi-Sad şəhərində keçirilir. Tədbir 2014-cü ildə “Avropanın ən yaxşı festivalı” adına layiq görülüb. Festival Dunay çayının sahilində yerləşəm Petrovaradinski qalasının ərazisində təşkil olunur və bütün gecə davam edir.

 

2) Kral günü – Niderlandın paytaxtı Amsterdamda keçirilir. Həmin gün şəhər portağal rəngində olur. Milyondan çox insan küçələrə axışaraq gecə-gündüz əylənir, bayram edir.

 

3) Tomatina – İspaniyanın Bunyol şəhərində qeyd olunur və dünyada ən böyük qida döyüşüdür. 30 mindən çox insan hər il avqust ayında bir araya gələrək bir-birinə pomidor atır.

 

4) Distortionk klub mədəniyyəti festivalı – Danimarkanın paytaxtı Kopenhagendə keçirilir. İnsanlar gecə ilə küçələrə çıxır, kluba gələrək rəqs edirlər.

 

5) Summerfest – musiqi festivalı – dünyadakı oxşar festivallar arasında ən böyüyü sayılır. Tədbir hər il 900 minə yaxın insanı bir araya gətirir. Festivalın keçirildiyi Miluoki gölünün sahilində musiqi meydanı və restoranlar var. Burada qonaqlar mindən çox müxtəlif şounu izləyə, müxtəlif yeməklərin dadına baxa, istədikləri qədər əylənə bilərlər.

 

6) Fudzi-rok – musiqi festivalı – Yaponiyada keçirilən musiqi festivalları arasında ən böyüyüdür. Tədbir gündoğar ölkənin dağ-xizər kurortu, Niiqata prefekturasındakı Naebada yerləşir və 7 səhnədən ibarətdir. Qonaqlar burada gözəl mənzərərə tamaşa edir, məşhur musiqiçilərə, məsələn, Red Hot Chili Peppers-ə qulaq asırlar.

 

7) Rio-de-Janeyro karnavalı – Braziliyanın adı çəkilən şəhərində təşkil olunur və dünya miqyasına görə ən böyük karnavaldır. Tədbir parlaq geyimlər, istedadlı rəqqasələr, kütləvi parad və küçə yürüşləri ilə müşaiyət olunur.

 

8) Holi – bayram bayramı – bütün Hindistanda qeyd olunur. İnsanlar bir birinə rəngli toz, eləcə də boya atəşinə tuturlar.

 

9) Palçıq festivalı – Cənubi Koreyanın Poryon şəhərində keçirilir. Hər il iyul ayında milyonlarla insan bir araya gələrək 10 gün ərzində özlərini palçıq dalğasının ağuşuna atırlar.

 

10) Burning Man – alov festivalı – ABŞ-ın Nevada ştatının Blek-Rok səhrasında keçirilir. Hər ilin avqustunda 65 mindən çox musiqi və incəsənət həvəskarı mahnıya qulaq asmaq, qeyri-adi kostyumlar geyinmək və alov şousuna baxmaq üçün toplaşır.

 

11) Apelsin döyüşü – İtaliyanın İvreya şəhərində keçirilir. Hər ilin fevral ayında minlərlə insan bir-birinə apelsin ataraq əylənir.

 

12) Electric Daisy Carnival – ABŞ-ın Las-Veqas şəhərində təşkil olunur, 3 gün davam edən rəqs musiqisi festivalıdır. Burada 500-dən çox ən yaxşı sənətkarın ifasına tamaşa etmək olar. Bir qədər əvvəl isə festival əhatə dairəsinui Nyu-Yorka və Böyük Britaniyaya qədər genişləndirib.

 

13) Oktoberfest pivə festivalı – 16 gün ərzində Almaniyanın Münhen şəhərində keçirilir. Alman pivəsinin dadına baxmaq, bavariyalıların milli paltarlarına tamaşa etmək istəyənlər bir araya gəlir.

 

14) Bütov ay gecəsi – Tailandın Pxanqan adasında təşkil olunub. İnsanlar burada çimir, içir, rəqs edir, alov üzərindən tullanırlar.

 

15) Koaçella festivalı – ABŞ-ın Kaliforniya ştatının İdio şəhərində keçirilir. 3 gün davam edən festival çərçivəsində insanlar çadır qurur, gecədən səhərə qədər musiqiqə qulaq asır.

 

16) Sonqkran – Tailandda ənənəvi Yeni İl bayramı, eyni zamanda dünyada ən böyük su döyüşü.  Burada 13 apreldən 15 aprelə qədər insanlar bir birlərini vedrələr, «su toplar»ı və şlanqlarla sulayıb «atəşə» tuturlar.

 

17) İsveçrənin ən böyük festivalı olan Fasnacht karnavalı zamanı Bazeldə bütün işıqları yandırırlar, küçələrdə isə əyləncəli kostyum geyinənlərinin təntənəli keçidi olur. İnsanlar gecə səhərədək bayramı edir yeyib-içirlər.

 

18) Əyləncə axtaran minlərlə insan hər iki ildən bir İspaniyanın Tarraqona şəhərinə gəlirləri ki, Concurs de Castell yarışında iştirak etsinlər. Bu yarış insanlardan ən böyük qüllənin yaradılmasına aiddir. Bəzi qüllələrin hündürlüyü 10 mərtəbəyə çatır. Bu il tədbir 25 sentyabrda və oktyabrın ilk günlərində baş tutacaq.

30 самых крутых фестивалей на планете 

19) ABŞ-ın Yeni Orlean ştatındakı Mardi Qra festivalı  - dünyanın ən məşhur bayramlarından biridir. Festival zamanı hamı kostyumlar geyinib nümayişə çıxır. Bütün bunlar bazar günü başlayaraq «yağlı çərşənbə axşamı»nadək davam edir.

 

20) Monrealda hər il keçirilən ənənəvi caz festivalı 10-11 gün davam edir. Yüzlərlə konsertin təşkil edildiyi festivala 2 milyonadək insan toplanır. Monreal festivalı hətta dünyanın ən böyük festivalı kimi Ginnesin rekordlar kitabına da daxil edilib.

 

21) Avstriyanın Mayrxofen şəhərində keçirilən Snowbombing musiqi və idman festivalında aktiv istirahət həvəskarları xizəkdə və snouborda sürüşürlər, dünya səviyyəli diceylər isə öz musiqi nömrələrini dağların başında ifa edərlər.

 

22) İrlandiyanın paytaxtı Dublində keçirilən Müqəddəs Patrik bayramı – ənənəvi xalq bayramıdır.  Bu bayramda irland xalq müsiqisinin müşayiəti ilə təntənəli nümayişlər təşkil edilir.

 

23)  Beş günlük musiqi festivalı olan «Glastonbury» İngiltərədə 1970-ci ildən keçirilir. Bu dövr ərzində fevtivalın səhnəsində çoxlu sayda doğrudan da tarixə düşən musiqi çıxışları olub.

 

24) «Rock in Rio» - serial şəklində keçirilən və əvvəlcə Braziliyanı, sonra isə İspaniya və Portuqaliyanı da əhatə edən böyük rok festivallarıdır. Bu festivallara Queen, AC/DC və Ozzi Osborn kimi ifaçilər gəliblər.

 

25) Avropanın ən böyük musiqi festivallarından biri də Danimarkada keçirilir. «Roskilde» adlanan festival cəmi 8 gün ərzində 180-dən artıq musiqiçini qəbul edir.

 

26) Albukerkedə keçirilən hava şarları festivalı – hava şarında uçmaq həvəskarları üçün dünyanın ən böyük bayramlarından sayılır. Festival zamanı minlərlə insan ABŞ-ın cənub-qərbinə toplaşırlar ki, yüzlərlə hava şarının Sandiya dağlarının üzərindən havaya necə qalxdığına tamaşa etsinlər.

 

27)  Tomorrowland elektron musiqi festivalı Belçikanın Bum şəhəində hər il iyulun sonuncu istirahət günü keçirilir. Bu festivala 180 mindən artıq insan və 100-lərlə dicey qatılaraq əla tərtib edilmiş səhnələrdə konsert verirlər.

 

28) Mayamidə, ABŞ-ın Florida ştatında hər il keçirilən Ultra musiqi festivalına biletlər bir neçə saniyəyə satılıb qurtarır. Hər il 330 min nəfər adam bilet alıb ora uçur ki, isti havada elektron musiqinin sədaları altında rəqs edib, sərbəstliyin dadını çıxarsın.

 

29) Belçikanın ən böyük bayramlarından biri olan Dour musiqi festivalı burada 1989-cu ildən keçirilir. 5 gün ərzində 9 konsert meydançası iştirakçıların xidmətində olur. Burada həm adlı-sanlı, həm də yeni başlayan musiqiçilər iştirak edə bilərlər.

 

 

30) ABŞ-da növbəti musiqi bayramı Çikaqoda, şəhərin Qrant-parkında keçirilən ənənəvi illik musiqi festivalıdır. Buradakı 8 səhnə 170 musiqi kollektivinin sərəncamına verilir. Bu il Çikaqo festivalı iyulun 28-dən 31-dək davam edəcək və burada Radiohead və Red Hot Chili Peppers kimi qruplar çıxış edəcək. 

OXŞAR XƏBƏRLƏR