Ən ucuz spa xidmətləri hansı hoteldədir? – QİYMƏTLƏR

Xəbərlər 25 Aprel 2017 00:00 1099
Ən ucuz spa xidmətləri hansı hoteldədir? – QİYMƏTLƏR

Azərbaycanda 500-dən çox hotel var. Burada yalnız qonaqlama deyil, fitnes-spa xidmətlərindən istifadə edərək istirahət etmək olar. Seyyah.az paytaxt hotellərində spa xidmətlərin qiymətlərini təqdim edir.

“Lake Palace hotel”

Mehmanxanada qonaqlamadan da spa xidmətlərdən istifadə etmək olar. Belə ki, hoteldə spa xidmətlərə, fitness zalından istifadə, sauna, cakuzi, hovuz, Türk və Avropa hamamlarından istifadə daxildir. Adıçəkilən xidmətlərdən yararlanmaq üçün 90 dəqiqə üçün 30 manat ödəmək lazımdır.

“Excelcior Hotel and Spa Baku”

Mehmanxanada spa xidmətlərdən istifadə üçün giriş 30 manatdır. Bura cakuzi, sauna və hamamlardan istifadə daxildir. Bundan başqa 55-70 manat ödəməklə müxtəlif növ masaj xidmətlərindən də istifadə etmək olar. Bu qiymətə yağla masaj, İsveç masajı və digər masaj növləri daxildir. 70 manat ödəməklə isə miks, bütöv bədən masajı ala bilərsiz.

Qeyd edək ki, booking.com-da 4-5 ulduzlu hotellər kimi təqdim olunan mehmanxanalarda əslində heç bir spa xidmətləri yoxdur.

“Hotel Bayil İnn”

Hoteldə spa xidmətlər demək olar ki, yoxdur. Burada yalnız qalan qonaqlara sauna xidməti təklif olunur. Hoteldə 2 nəfərin standart nömrədə qonaqlaması 80 manat, bir nəfərin isə 70 manatdır.

“Bilgah Beach hotel”

Mehmanxanada həftə içi spa xidmətlərdən istifadə 40 manat, həftəsonu isə 50 manatdır. Spa xidmətlərə isə hovuz sauna və idman zalından istifadə daxildir. Həmçinin, hoteldə masaj xidmətləri də var. Relax masajın bir saatı üçün 115 manat, 90 dəqiqəsi üçün isə 150 manat ödəmək lazımdır.

“Divan Express hotel”

Hoteldə 60 manat ödəməklə 1 saatlıq sağlamlıq və ya idman masajlarından istifadə etmək mümkündür. Bu masajlardan yarım saat ərzində də faydalanmaq olar. Bunun üçün 30 manat ödəmək lazımdır. Digər bir relax masajından 90 dəqiqə yararlanmaq 75 manatdır.

“Qafqaz Baku City Hotel and Residences”

Mehmanxanada 20 manat ödəməklə gün ərzində limitsiz spa xidmətlərindən istifadə etmək olar. Bura türk hamamı, sauna, jakuzi, buxar otağı xidmətlərindən istifadə daxildir. Hoteldə 50 manat ödəməklə relax klassik və medical masaj növlərindən istifadə etmək olar.

Kisəçi xidmətindən yararlanmaq isə 30 manata başa gəlir. Göstərilən ödəniş məbləğləri 1 saat üçün hesablanıb. Masajın 45 dəqiqəsi üçün isə 40 manat ödəmək lazım olacaq.

 

Məlumat üçün bildirək ki, 85 manat ödəməklə spa xidmətlərindən istifadəyə abunə olmaq olar.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR