Naxçıvandan Qəbələyə aviareys açılır - QİYMƏTLƏR

Təyyarə uçuşlarına mayın 23-dən start veriləcək
Xəbərlər 5 May 2014 00:00 2991
Naxçıvandan Qəbələyə aviareys açılır - QİYMƏTLƏR

May ayında Naxçıvandan Qəbələyə birbaşa aviareys açılacaq. Seyah.az-ın "Turan"-a istinadən verdiyi məlumata görə, Muxtar Respublikadan Qəbələyə təyyarə uçuşlarına mayın 23-dən start veriləcək. Naxçıvan Beynəlxalq Aeroportunun məlumatına görə, uçuşlar 76 sərnişin tutan "EMBRAER-170" təyyarələri ilə həyata keçiriləcək. Naxçıvandan Qəbələyə təyyarə reysləri cümə və bazar günləri həyata keçiriləcək bir tərəfə uçuş müddəti 55 dəqiqə təşkil edir. Artıq ilk reysə biletlərin saiışına başlanıb - bir tərəfə biletin qiyməti 52 manatdır.

 

Yaxın gələcəkdə Naxçıvandan Türkiyənin Ərzurum şəhərinə və Ukraynanın paytaxtı Kiyevə də uçuşların açılması planlaşdırılır. Qeyd edək ki, hazırda Naxçıvandan Bakı və Gəncəyə, eləcə də beynəlxalq uçuşlar kimi Moskva və İstambula uçuşlar həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR