Azərbaycan hotellərində qadın-kişi mərtəbələri - AYRILACAQ

Xəbərlər 25 Aprel 2017 00:00 555
Azərbaycan hotellərində qadın-kişi mərtəbələri - AYRILACAQ

Azərbaycanda hotellər öz mərtəbələrini qadınlar və kişilər üçün ayıra bilərlər. Seyyah.az xəbər verir ki, bunu Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov halal  standartınn tətbiqinə həsr olunan tədbirdə deyib. 

Bildirib ki, yeni standartlar hazırlanarkən Malayziyanın təcrübəsi nəzərə alınıb. "Təklif edildi ki, hotellərdə qadınlar üçün ayrı, kişilər üçün ayrı mərtəbələr olsun. Biz reallıqları nəzərə alaraq bunun tam bu formada olmasının tərəfdarı deyilik. Bu, turizm sənaye üçün yeni yüklənmə problemi yarada bilər. Nəzərə almaq lazımdır ki, yerləri məhdud - 70 yeri olan hotellər var. Əgər o, mərtəbələri bu prinsiplə bölsə, bu, onun üçün iqtisadi baxımdan səmərəli olmayacaq".

Bunları nəzərə alaraq mütəxəssislər mərtəbələrin bölünməsini halal standart daxil etməyiblər. Ancaq 4 və  5 ulduzlu hotellər bunu könüllü olaraq edə bilərlər.  

M. Qəhrəmanov əlavə edib ki, 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib. 

2016-cı ilin ilk 3 ayı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə İrandan 2 dəfə çox turist gəlib. Çari ilin mart ayında Novruz bayramı münasibətilə İrandan gələn turistlərin sayı 70 minədək artıb.  

Mənbə: fins.az

OXŞAR XƏBƏRLƏR