Dubaya ən çox hansı ölkədən turist gəlib? – SİYAHI

Xəbərlər 25 Aprel 2017 00:00 1092
Dubaya ən çox hansı ölkədən turist gəlib? – SİYAHI

2017-ci ilin ilk 3 ayında Dubaya gələn turistlərin sayı məlum olub. Seyyah.az Rusiya Turoperatorlar Assosasiyasına istinadən xəbər verir ki, yanvar-mart aylarında ən çox turist Hindistandan gəlib . Bu ölkədən gələn turistlərin sayı 580 min olub. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 23% çoxdur.

Dubaya ən çox gələnlər arasında ikinci yerdə Sədüyyə Ərəbistanının vətəndaşlarıdır. Bu ölkədən Dubaya 440 min nəfər gəlib. Dubaya gələnlər arasında 3-cü  pillədə Çin və Böyük Britaniya yer alıb.

 

Ümumilikdə 2017-ci ilin ilk üç ayında Dubaya 4.57 milyon qonaq gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR