Turistlərin Şoping Festivalda xərclədiyi məbləğ – MƏLUM OLDU

Xəbərlər 25 Aprel 2017 00:00 1377
Turistlərin Şoping Festivalda xərclədiyi məbləğ – MƏLUM OLDU

Aprel ayının 10-23 tarixlərində Baku Shopping Festival ticarət festivalı çərçivəsində əcnəbilərə ƏDV-nin qaytarılması məqsədilə ümumi məbləği 1 milyon 211,1 manat olan 954 elektron vergi hesab fakturası verilib. Seyyah.az xəbər verir ki,Vergilər Nazirliyinin yaydığı məlumata görə, ticarət festivalı çərçivəsində alınmış mallara görə 172 obyektdə 8358 elektron vergi hesab fakturası tərtib edilib, onlardan da 7902-si Vergilər Nazirliyinin ƏDV köşklərində təsdiqlənib. Təsdiqlənmiş hesab fakturaların 505-i əcnəbilər tərəfindən təqdim olunub.

7,9 min hesab üzrə ümumi dövriyyə məbləği 6 milyon 313,2 min manat olub. Müştərilərə 595 min manat nağd pul qaytarılıb.

 

Qeyd edək ki göstərilən müddət ərzində əcnəbilərə “TaxFree” sistemindən istifadə imkanı yaradılıb. 449 əcnəbi vergisiz sistemdən istifadə edib. Onlar 830 min manatlıq alış-veriş edib.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR