"Shahdag Mountain Resort" işçi axtarır - VAKANSİYA

Xəbərlər 26 Aprel 2017 00:00 1028
"Shahdag Mountain Resort" işçi axtarır - VAKANSİYA

Şirniyyat məmulatlarının hazırlanması üzrə Baş Aşpaz

Vəzifələr:

• Şirniyyat məhsullarının hazırlanma texnologiyasını bilmək və nəzarət etmək 
• Şirniyyat məhsullarının hazırlanmasına və təqdim edilməsinə nəzarət etmək 
• Şirniyyat məhsullarının vaxtında hazır olmalarını təmin etmək.
• Müxtəlif cür şirniyyatların və desertlərin hazırlanması. 
• Əməyin mühafizə qaydalarına ciddi riayyət etmək, qida sanitar-gigiyena standartlarını təmin etmək.
• HACCP standartların həyata keçirilməsini və hər zaman onlara mətbəxdə olan bütün işçilər tərəfindən riayət olunmasını təmin etmək
• Gündəlik istehsalatı planlaşdırmaq və işin plana uyğun getməsini nəzarətdə saxlamaq.
• Mətbəx avadanlıqlarının işlək vəziyyətdə olmasını və bütün standartlarına cavab verməsini təmin etmək.
• Bufetlərin hazırlanması və onlara nəzarət edilməsi.
• Dietik desertləri hazırlamaq
• İnventarizasiyanın keçirilmək və s.
• Şirniyyat və çörəkbişirmə şöbəsində çalışan bütün işçilərin qrafiklərinin tərtib edilməsi
• Şirniyyatların müxtəlif formada dizayn edilməsi
• Şirniyyatlara olan tələbatları və qiyməti müəyyən etmək, lazım olan ərzaqları sifariş etmək
• Reseptlərin hazırlanması və təkmilləşdirilməsi.
• Xərcləri müəyyən etmək

Tələblər:

• Şirniyyat üzrə baş aşpaz vəzifəsində minimum 3 illik təcrübə olması
• Beynəlxalq mətbəxin şirniyyatlarını yüksək səviyyədə hazırlama bilik və bacarıqları olmalı,
• Mövcud aşbazlıq trendlərini araşdırmaq və onları tətbiq etmək
• Təzyiq altında işləmək bacarığı 
• Master klassların həyata keçirilməsi bacarığı
• Kompüterlə işləmə bacarığı:  MS Office Proqramları, İnternet, 
• Dil bilikləri:
  Azərbaycan, Rus,- əla (yazılı və şifahi)  
  İngilis –  orta (yazılı və şifahi) 
• Peşəsinə müvafiq diplom.

İş şəraiti:

• İş rejimi – həftədə 5 gün 
• İş yeri Qusar regionunda yerləşir
• Yaşayış yeri ilə şirkət tərəfindən təmin olunacaq.
• Nahar şirkət tərəfindən verilir.

Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini  cv@hotels.shahdag.az  ünvanına, mövzu yerində “Şirniyyat üzrə baş aşpaz” yazaraq göndərə bilərlər.

OXŞAR XƏBƏRLƏR