Yerli turizm şirkətləri xarici ölkələrə tur təşkil etməklə yanaşı bölgələrə də səfərlər həyata keçirirlər. Son zamanlar ölkə daxili turlar arasında yeni istiqamət məşhurlaşıb. Turizm şirkətləri Naxçıvana turlar təşkil edirlər.
Seyyah.az Naxçıvana təşkil olunan turları və qiymətlərini araşdırıb. Bu istiqamətdə turlar gerçəkləşdirən şirkətlərdən verilən məlumata görə, turlar mayın 27-28-də baş tutacaq. Naxçıvana səyahət zamanı şəhər gəzintisi, Naxçıvan qalası, Möminə Xatun türbəsi, Hüseyn Cavid türbəsi, Əshabu-Kəhf ziyarətgahına ekskursiyalar təşkil olunacaq.
Naxçıvana 1 günlük təyyarə ilə turun qiyməti 145 manatdır. Bir günlük tur mayın 27-də baş tutacaq. Qiymətə tur rəhbər, fotoçəkiliş, ekskursiyalar, şəhər turu daxildir. Uçuş səhər 8-də Bakıdan başlayacaq. 09:10-da Naxçıvana eniş olacaq. Geri qayıtma isə 19:50-da Naxçıvandan uçuş, 21:00-da Bakıya eniş olacaq.
Adıçəkilən turizm şirkəti Naxçıvana iki günlük tur da təşkil edir. Tur 27-28 mayda baş tutacaq. İki günlük turun təyyarə ilə qiyməti 199 manat, avtobusla isə 159 manatdır. Avtobusla gedənlər isə mayın 26-sı axşam çıxacaqlar.
Qiymətə tur rəhbər, fotoçəkiliş, ekskursiyalar, 3 ulduzlu “Grand hotel”də qonaqlama, türk hamamı, qapalı hovuz, sauna, fitness, sauna, şəhər gəzintisi, Naxçıvan qalasına, Əshabu-Kəhf ziyarətgahına, Batabat göllərinə, Gəzən adaya, Möminə Xatun türbəsinə, Hüseyn Cavid türbəsinə və Duzdağa ekskursiyalar daxildir.
Məlumat üçün bildirək ki, 0-6 yaşlı uşaqlar üçün avtobusda və ya oteldə xüsusi yer ayrılmasa heç bir ödəniş tələb olunmur. Əgər bu yaş uşaqlar üçün ayrıca yer ayrılsa o zaman otel və avtobus üçün 119 manat ödəmək lazım olacaq. Yalnız avtobusda yer ayrılsa, 75 manat ödəmək lazımdır. 6-12 yaş uşaqlar üçün isə avtobus bileti 139 manat, təyyarə bileti isə 169 manatdır.
Mənbə: fins.az