Bakı SKAL-çılarının toplantısı keçiriləcək- “Emerald Hotel”-də

Xəbərlər 5 May 2014 00:00 1684
Bakı SKAL-çılarının toplantısı keçiriləcək- “Emerald Hotel”-də

Mayın 6-da "SKAL İnternational Baku” Turizm Profesionalları Assosiasiyanın 16-cı ziyarət -toplantısı keçiriləcək. Seyyah.az xəbər verir ki, tədbir “Emerald Hotel”-ində saat: 18:30-da baş tutacaq. 


Tədbirdə "SKAL International Baku" klubunun prezidenti Cəfər Cəfərov çıxış edəcək. Klubun fəaliyyət planı, bölgələrin birində yeni SKAL klubu, turizmdə gənclərin təcrübə məsələsi, keyfiyyətin artırılması hədəfləri haqqında danışılacaq. Tədbirin proqramına "Young SKAL" haqqında qısa prezentasiya, "Emerald Hotel"in təqdimatı da daxildir. 


Tədbirin sonunda iştirakçılara Türkiyə Boğaziçi Aşçılar Dərnəy tərəfindən şam yeməyi və "SKAl Tostu" təqdim ediləcək. 

OXŞAR XƏBƏRLƏR