Bakıya səyahətə gəlib, şəhərin mərkəzində sərfəli qiymətlə yaşamaq istəyən turistlər üçün yenilik var. Seyyah.az-ən məlumatına görə, paytaxtın ən mərkəzi hissəsində - Malokan bağının yanında, Xəqani 3 ünvanında yerləşən, «Centrum Hostel»eyni zamanda 24 qonağı qəbul etməyə hazırdır.
Eləcə də bax: Evinizi hostelə çevirə biləcəksiz – YENİ QAYDA
Şəhərin mərkəzində yerləşən mənzil, hündür tavanı, əla təmiri və təmizliyi ilə, geniş otaqları ilə qonaqlara evlərindəki kimi rahatlıq ab-havası bəxş edəcək. Hostelin eyvanandan isə Bakıya əla mənzərə açılır, qonaqlar burada açılan çay süfrəsi arxasında əla vaxt keçirəcəklər.
«Centrum Hostel»də qonaqların ixtiyarına aşağıda göstərilən otaqlar verilə bilər:
- Double room - bir ədəd ikinəfərlik çarpayı, siyirrməli şkaf, paltar şkafı, komod (1 nəfər 45 AZN, 2 nəfər 55 AZN)
- Twin room - iki ədəd təknəfərlik çarpayı, siyirməli şkaf, paltar şkafı (1 nəfər 35 AZN, 2 nəfər 45 AZN)
- Lotos room - altı nəfərlik otaqdır. Üç ədəd ikimərtəbəli çarpayı, hər bir yataq yeri lampa və kilidli paltar şkaflı ilə təchiz edilib (1 nəfər 22 AZN).
- Nar room - on dörd nəfərlik otaqdır. Yeddi ədəd iki mərtəbəli çarpayı, əl-üz yuma, hər bir yataq yeri lampa və kilidli paltar şkaflı ilə təchiz edilib (1 nəfər 18 AZN).
Eləcə də bax: Azərbaycanda necə hostel açmaq olar? – QAZANC İMKANI
Hosteldə eyni zamanda yümşaq mebel ilə təchiz olunmuş iki iri istrahət otağı və balkon mövcuddur. Müvafiq məişət texnikası və qab-qacaqla təchiz olunmuş mətbəx də qonaqların ixtiyarındadır. Bundan əlavə, hosteldə 3 sanitar qovşağı və 3 duş-kabina da var. Qonaqlar əl-üz və can dəsmalı, sabun, şampun və ev ayaqqabları ilə təmin olunurlar. Üstündə qiymətli əşyaları olan qonaqlar onları hosteldəki seyfdə saxlaya bilərlər. Bundan əlavə pulsuz WI-FI və kabel televiziyasıda vardır. Hosteldə 24 saatlıq resepşn fəaliyyət göstərir.
Qonaqlar mətbəxdə özlərinə yemək hazırlaya bilərlər. Səhər yeməyi adambaşına 5 AZN təşkil edir.
Yerləşməsi, yaradılan şərait və qiymətinə görə, «Centrum Hostel» nəinki digər hostellər, hətta otellərdən də sərfəli variant sayıla bilər. Hostelin qonaqları sözün əsl mənasında qapıdan birbaşa şəhərin düz mərkəzinə – çoxsaylı əyləncə, restoran və ticarət obyektlərinin toplandığı qaynar məkana daxil olurlar.
Qeyd edək ki, hostelin əlverişli yeri və burada yaradılmış şəraitə görə, hostel təkcə xarici turistlər üçün deyil, Bakıya iş və şəxsi məqsədlərlə səfərə gələn bölgə sakinləri üçün də sərfəli variantdır. Müxtəlif səbəblərdən paytaxta üz tutan, Bakıda qohum evində qalmaq imkanı olmayan bölgə sakinləri də kiçik məbləğ ödəməklə hostelin qonağı ola blərlər. Burada yaradılan atmosfer və şərait isə heç bir evdən geri qalmır.
Hosteldə qrup şəklində gələn xarici və yerli qonaqlar üçün endirimlər də nəzərdə tutulub.
Ünvan:
Azərbaycan, Bakı, Xaqani küçəsi 3, mənzil 32, 3-cü mərtəbə
Tel: +(99412) 598 23 09
Mob: +(99450) 316 00 96
info@centrumhostelbaku.com
www.centrumhostelbaku.com