
1kq itmiş baqaj 20 USD
Əgər qeydiyyatdan keçmiş (checked in) baqajınız itər, zədələnər və ya gecikərsə, Varşava konvensiyasına görə, hava yolu şirkəti hər kiloqrama görə 250 Poincare Franc (təxmini 20 USD) kompensasiya ödəməklə məsuldur. Monreal Konvensiyasına görə isə hava yolu şirkətinin məsuliyyəti 1250 avro ilə məhdudlaşdırılır. Yəni, bundan yüksək məbləğ tələb etmək sadəcə vaxt itkisidir. Çünki sərnişinlər bilet alarkən qaydaları qəbul etmiş olurlar. Əgər zədələnmə baqajın özündə olan qüsura görə baş verərsə, onda sərnişinlərin heç bir kompensasiya tələb etmə haqqı yoxdur.
Baqajınız zədələnərsə
- Əgər baqajınız zədələnibsə, zədəni baqajı təslim aldığınız anda aşkar etsəniz, terminalı tərk etməmış hava yolu şirkətinə yazılı müraciət etməlisiniz.
- Əgər baqajınız zədələnibsə, baqajı təslim aldıqdan sonra 7 gün ərzində hava yolu şirkətinə yazılı müraciət etməlisiniz.
- Əgər baqajınız zədələnibsə və üstəlik gecikibsə, onda baqajı təslim aldıqdan sonra 21 gün ərzində hava yolu şirkətinə yazılı şəkildə bildirməlisiniz.
Gec gələn baqaja görə ödəmə
Əksər sərnişinlər bu haqda məlumatsızdırlar. Əgər baqajınız gec gəlibsə, o zaman baqaj təhvil verilənədək çəkdiyiniz xərcləri göstərən fakturalarla birlikdə hava yolu şirkətinə birbaşa və ya yazılı olaraq müraciət edə bilər, pulunuzu geri ala bilərsiniz.
Mənbə: Gezdunyani.com

