Qobustanda gəl-hagəldir- MİNLƏRLƏ TURİST GƏLİB

Xəbərlər 27 Aprel 2017 00:00 525
Qobustanda gəl-hagəldir- MİNLƏRLƏ TURİST GƏLİB

Cari ilin dörd ayında Qobustan Milli Tarix-Bədii Qoruğunu 18 min 731 turist ziyarət edib.

Seyyah.az xəbər verir ki, bu barədə qoruğun elmi-ekspozisiya şöbəsinin müdiri Namil Məmmədov məlumat verib.

Onun sözlərinə görə, qoruğu ziyarət edən əcnəbi turistlərin sayı 11 min 418, yerli turistlərin sayı isə 2 min 720 nəfər olub. Eyni zamanda, 4 min 593 əcnəbi və yerli tələbə də qoruqdan xoş təəssüratla ayrılıb. Ziyarətçilər arasında Rusiya, Ərəb ölkələri, İran, Türkiyə, İtaliya, İngiltərə, Fransa və digər ölkələrdən olan turistlər çoxluq təşkil edib.

Mənbə: Azertag 

OXŞAR XƏBƏRLƏR