Turizm şirkətlərimiz Dubayda-Sərgi

Xəbərlər 5 May 2014 00:00 1387
Turizm şirkətlərimiz Dubayda-Sərgi
Mayın 5-dən  8-dək BƏƏ-nin Dubay şəhərində "ATM 2014" beynəlxalq turizm sərgisi keçiriləcək. Sərgidə Mədəniyyət və Turizm Nazirliyi də iştirak edir. Nazirlikdən seyyah.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə turizm şöbəsinin müdiri Aydın İsmiyev, Regionlarda turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, həmin sektorun baş məsləhətçisi Leyla Verdiyeva və Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 6 nəfərdən ibarət rəqs qrupu daxildir. 


Sərgidə "SW travel", "Millennium Tourism and Congress", "Gilan tourism", "The Tour", "Xəzər travel", "Eurotourism", "Geo travel", "Matrix Oasis" turizm şirkətləri və "Chinar Hotel and Spa Naftalan", "Rixos Quba hotel" və "Excelsior hotel" mehmanxanaları təmsil olunur.
 


"ATM 2014" sərgisində Azərbaycanın turizm imkanlarını əks etdirən 50 kv.m sahədə lövhə quraşdırılıb. Sərgiyə gələn ziyarətçilərə reklam-çap məhsulları təqdim olunur.
 

 

OXŞAR XƏBƏRLƏR