Pasportlarda yenilik ediləcək – VİDEO

Xəbərlər 27 Aprel 2017 00:00 776
Pasportlarda yenilik ediləcək – VİDEO

Azərbaycanda elektron imzalar gələn ildən yeni pasportların içərisində quraşdırılacaq.

Seyyah.az bildirir ki, bu barədə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Əli Abdullayev “Azərbaycanda İnnovasiya potensialı” adlı konfransda məlumat verib.

Konfransda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Nurəli Yusifbəyli hibrid elektrik stansiyaların yaradılmasından danışıb. O, bu cür stansiyaların bütün bölgələri, eləcə də sənaye müəssisələrini fasiləsiz elektrik enerjisi ilə təmin edəcəyinə diqqət çəkib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

OXŞAR XƏBƏRLƏR