“Turkish Airlines” də Şopinq Festivalına qoşulub - UÇUŞDA GÜZƏŞT

Xəbərlər 27 Aprel 2017 00:00 931
“Turkish Airlines” də Şopinq Festivalına qoşulub - UÇUŞDA GÜZƏŞT

Bakı Şopinq Festivalı ilə əməkdaşlıq edən şirkətlərin sayı artır. Seyyah.az-ın məlumatına görə, artıq Türk Hava Yolları şirkəti – “Turkish Airlines” da Bakı Şopinq Festivalı üçün xüsusi kampaniyaya start verib. Daim öz müştərilərinin xeyrinə xüsusi aksiyalar təşkil edən şirkət bu dəfə festival çərçivəsində mayın 10-dək Bakı reysinin sərnişinləri üçün ödənişsiz olaraq 10 kiloqram (kq) əlavə yük daşıyacaq.

Bakı Şopinq Festivalı müddətində “Tax Free” deklorasiyasına sahib olan sərnişinlər “Turkish Airlines” reyslərinə minik qeydiyyatı zamanı daşınma xərci ödəmədən 10 kq artıq baqaj verə bilərlər.

Dünyanın ən böyük və məşhur aviaşirkətlərindən olan “Turkish Airlines” Bakıdan dünyanın yüzlərlə şəhərinə uçuşlar həyata keçirir. Bakı Şopinq Festivalına “Turkish Airlines” aviaşirkətinin təyyarələrində gəlmiş turistlər üçün bu qaçılmaz fürsətdir.

OXŞAR XƏBƏRLƏR