Ən ucuz həftəsonu turları – QİYMƏTLƏR

Xəbərlər 27 Aprel 2017 00:00 1823
Ən ucuz həftəsonu turları – QİYMƏTLƏR

Artıq həftəsonu yaxınlaşır. Küləkli və yağışlı havadan sonra isti havaların olması səyahətsevərlər üçün gəzintiyə çıxmağa imkan verəcək. Bəs bu şənbə-bazarı hara və necə getmək olar?

Bu suala cavab axtaranlar üçün Seyyah.az həftəsonu turizm şirkətlərinin təşkil olunan turları təqdim edir.

“Masallı-Yardımlı-Lənkəran”

“Proxy travel” 29-30 apreldə cənub bölgəsinə iki günlük tur təşkil edir. Tur aprelin 29-30-da Lənkəran-Masallı-Yardımlı istiqamətlərində planlaşdırılıb. Turun qiyməti 79 manatdır. Qiymətə çay süfrəsi, fotosessiya, tur rəhbər, nəqliyyat, 4 ulduzlu “Lux Lənkəran” hoteldə qonaqlama, 2 dəfə səhər yeməyi, 1 dəfə nahar yeməyi və 1 dəfə şam yeməyi daxildir.

Bundan başqa Lənkəranda Qala qapıları,  Lənkəran Samovarı, Lənkəran Xan sarayı , Lerikdə  Relax istirahət mərkəzi,  Masallıda İstisu,  Yardımlıda Təkdam şəlaləsinə ekskursiyalar təşkil olunacaq.

Qeyd edək ki, qiymət iki nəfərlik otaqda bir nəfər üçün nəzərdə tutulub. Turda 5 yaşa qədər bir uşaqlar pulsuz iştirak edə bilər.

 “Şəki-Qəbələ”, “Quba”, “Lahıc”

“Turda.Az” şirkəti bazar günü bir neçə istiqamətdə tur təşkil edir. Bunlar Şəki-Qəbələ, Quba və Lahıc turlarıdur. Hər üç turun bir nəfər üçün qiyməti 23 manatdır. Qiymətə nəqliyyat, restoranda səhər yeməyi,  çay süfrəsi,  bələdçi, ekskursiya və fotosessiya daxildir.

Həmçinin şirkət iki günlük turlar da təşkil edir. Onlardan biri də Şəki-Qəbələ Tufandağ turudur. Tur iki gün -  29-30 apreldə baş tutacaq. Səyahət paketinin qiymətləri iki cürdür. Ekonom və Full paket. Ekonom paket 69 manatdır. Bu paketi sifariş edənlər yalnız iki dəfə səhər yeməyi ilə təmin ediləcəklər.

Full paketin qiyməti isə 89 manatdır və bu paketi sifariş edənlər 2 dəfə səhər 1 dəfə nahar və 1 dəfə şam yeməyi ilə təmin ediləcəklər. Ümumilikdə tura  nəqliyyat, 5 ulduzlu “Şəki Palace” hoteldə yerləşmə, mehmanxana xidmətlərindən istifadə, qidalanma (paketə uyğun olaraq), yolda çay süfrəsi, bütün tur boyu fotosessiya və bələdçi daxildir.

Lahıc turu

Turu “Onset travel” şirkəti təşkil edir. Səyahət iştirakçıları bazar günü 07:00-da 28 may metrosunun qarşısında toplaşmalıdırlar. Tura nəqliyyat, səhər yeməyi, nahar yeməyi, Lahıc ərazisində bütün tarixi abidələrə ekskursiya daxildir. Ekskursiyalar Bədöyün məscidi, Zəvəro məscidi (1791-ci il), Ağoli məscidi, Zəvəro bulağı, Cavanşir qalası, Cavanşir şəlaləsinə olacaq. Turun səhər və nahar yeməyi ilə qiyməti 31 manat, yalnız səhər yeməyi ilə birlikdə 21 manatdır.

Atçılıq turları

 

“Vector Travel” Turizm agentliyi məktəblilər üçün aprelin 29-da Binə Atçılıq mərkəzinə tur təşkil edir. Səyahət məktəbli uşaqlar üçün qrup halında nəzərdə tutulub. Turun qiyməti 14 manatdır.Qiymətə nəqliyyat, tur rəhbər, fotosessiya, yolboyu su və şirniyyatlar,  Binə Atçılıq Mərkəzinə giriş və atlardan sürmək, maraqlı, yaddaqalan fotolar çəkdirmək, uşaqlara atlar haqqında məlumatın verilməsi daxildir.

Məktəbli turları

“Vector Travel” Turizm agentliyi məktəblilər üçün digər bir turu 30 apreldə təşkil edəcək. Turda sinif rəhbəri və qrup rəhbərinin iştirakı pulsuzdur. Səfər istiqamətləri  və qiymətləri aşağıdakı kimidir:

1. İçəri şəhər Turu - 9 manat

2. Qobustan Turu - 9 manat

3. Qala Etnoqrafik Muzey Kompleksi Turu - 10 manat

4. Atəşgah Turu -10 manat

5. Mərdəkan Dendrari Turu -10 manat

6. Yanardağ - Atəşgah- Qala Etnoqrafiya Turu - 14 manat

7. Atəşgah- Qala Etnoqrafiya Turu - 12 manat

8. Binə Atçiliq mərkəzinə Tur - 15 manat

9. Zirə eko parkı -18 manat

10. Quba Turu - 20 manat

11. Şamaxı Turu - 19 manat

12. Qəbələ Turu - 21 manat

 

Turlara nəqliyyat, bələdçi, fotosessiya, ekskursiyalar, avtobusda sərin sular və şirniyyatlar daxildir.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR