Bakı-Dnepropetrovsk təyyarə reysi açılır -Uçuş cədvəli+Qiymətlər

"Dniproavia" 12 yaşından 24 yaşına, o cümlədən 60 yaşından yuxarı olan sərnişinlərə 25 faiz güzəştli biletlət satacaq
Xəbərlər 5 May 2014 00:00 1554
Bakı-Dnepropetrovsk təyyarə reysi açılır -Uçuş cədvəli+Qiymətlər

Mayın 17-də Dnepropetrovsk vilayətindən Bakı şəhərinə birbaşa yeni təyyarə reysi açılacaq. Dnepropetrovsk vilayətində yaşayan soydaşlarımızın çoxsaylı mürüciətinə əsasən açılan Dnepropetrovsk -Bakı, Bakı-Dnepropetrovsk təyyarə reysini "Dniproavia" kompaniyası həyata keçirəcək. Seyyah.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk Vilayət təşkilatının sədri Qüdrət Hacıyev deyib ki, yay mövsümündə belə bir təyyarə reysinin açılması vilayətdə yaşayan 30 mindən çox azərbaycanlının, xüsusən də şərqi Ukraynada təhsil alan minlərlə azərbaycanlı tələbələrin vətənə gediş -gəlişinin asanlaşdırılmasında mühüm rol oynayacaq.


Onun sözlərinə görə, Dnepropetrovsk-Bakı təyyarə reysi həmçinin Xarkov, Zaporojye, Donetsk, Poltava vilayətlərində yaşayan minlərlə soydaşlarımıza da xidmət edəcək.


Dnepropetrovsk--Bakı-Dnepropetrovsk təyyarə reysi ilkin olaraq uçuşlarını may ayının 17-dən başlayaraq hər həftənin şənbə günü yerli vaxtla səhər saat 10:15-də Dnepropetrovsk şəhərindən, 15:45-də isə Bakıdan həyata keçirəcək. Biletlərin qiyməti də sərnişinlərin istəyinə uyğundur. Belə ki, Dnepropetrovski-Bakı, Bakı-Dnepropetrovsk reysinin qiyməti 4 min qrivna(350$) təşkil edəcək.


"Dniproavia" kompaniyası əlavə olaraq 12 yaşından 24 yaşına, o cümlədən 60 yaşından yuxarı olan sərnişinlərə 25 faiz güzəştli biletlət satacaq.


Kompaniya sərnişinlərin tələbinə uyğun olaraq iyun ayından etibarən reysin sayını həftədə 2 dəfəyə qaldırmağıda nəzərdə tutub. Gələcəkdə Xarkov-Bakı təyyarə reysinin açılmasıda "Dniproavia" kompaniyasının planına daxildir.

OXŞAR XƏBƏRLƏR