Bu tarixdən "Rəcəb İvedik 5" Azərbaycanda nümayiş olunacaq

Xəbərlər 28 Aprel 2017 00:00 393
Bu tarixdən "Rəcəb İvedik 5" Azərbaycanda nümayiş olunacaq

Nizami Kino Mərkəzində mayın 04-dən etibarən “Rəcəb İvedik 5” türk filminin nümayişi başlanacaq. Seyyah.az xəbər verir ki, biletlər saat 18:00 kimi 4 manata, 18-dən sonra 7 manata olacaq. Biletləri üç gün qabaqdan Nizami Kino Mərkəzinin kassalarından ala bilərsiniz.

Filmdə Rəcəb İvedik obrazı ilə Türkiyə və türk dünyasında məhşurlaşan aktyor Şahan Gökbakar bu dəfə ətrafındakı qrupla birlikdə yarımçıq qalmış vacib bir işi tamamlamaq üçün yola çıxır. Gənc idmançıları müsabiqələrə aparmaq üçün təlimat alan Rəcəb, hər zaman olduğu kimi qaş düzəltmək yerinə vurub göz çıxarır və bu səbəbdən Türkiyəni atletika, boks, güləş və digər idman növləri üzrə təmsil etmək onun və komandasının boynuna qalır...

Türkiyənin “Çamaşırhane Produksiyon” kinostudiyasında lentə alınan filmin ssenari müəllifi və rejissoru Toğan Gökbakardır. Əsas rollarda aktyorlar Şahan Gökbakar, Orkan Varan və Deniz Ceylan çəkiliblər

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR