Amerikaya turist vizasını necə almaq olar ? - LAZIM OLAN SƏNƏDLƏR

Xəbərlər 30 Aprel 2017 00:00 843
Amerikaya turist vizasını necə almaq olar ? - LAZIM OLAN SƏNƏDLƏR

Yay artıq qapıdadır. Dincəlmək üçün onlarla ölkə var ki, hər biri digərindən daha cazibədar. Bəziləri viza tələb edir bəziləri yox. Əgər istiqamətiniz Amerika olacaqsa bu yazı tam da axtardığınız məlumatlarla doludur. Amerikaya turist vizasını necə almaq olar sualınızın cavabı bu yazıda geniş izah edilib

 Bu dəfə ABŞ-a turist vizasının alınması barədə yazacam.

1) Lazım olan sənədlər :
Birləşmiş Ştatlara səyahət üçün yararlı olan qüvvədə olan pasport. Pasport Birləşmiş Ştatlarda qalacağı müddətdən sonra ən azı altı ay qüvvədə olmalıdır (ölkə ilə səciyyəvi sazişlər istisnalara yol verdiyi hallardan başqa)
Ən son verilmiş ABŞ vizasının olduğu pasport (müvafiq hallarda).
Qeyri-immiqrant viza ərizəsi, Forma DS-160 təsdiq səhifəsi.
Bu internet saytından çap edilmiş təsdiq və göstərişlər səhifəsi
Son 6 ay ərzində çəkilmiş bir ədəd 5 x 5 sm (or 2″ x 2″) rəngli fotoşəkil. Dövlət Departamentinin fotoşəkillərlə bağlı qaydalarına dair əlavə məlumatı: https://travel.state.gov/content/visas/…/general/photos.html səhifəsindən almaq olar.
Birləşmiş Ştatlara başqa məqsədlərlə daxil olduğu hallar istisna olmaqla, müşayiət edən ailə üzvləri müvafiq olaraq nikah haqqında şəhadətnamənin orijinal nüsxəsini (həyat yoldaşı) və/yaxud doğum haqqında şəhadətnamələri (21 yaşından kiçik subay uşaqlar üçün) təqdim etməlidir. Bir çox viza növləri əlavə sənədlər tələb edir.
https://ais.usvisa-info.com/az-…/…/information/required_docs
2) Yuxarıda qeyd olunan ölçülərdə şəkil çəkdirirsiniz. Flash cardla komputerinizə köçürün ki,formda şəkli upload edəsiniz.
3)DS-160 formunu online olaraq doldurursunuz . Formu yükləmək üçün linkə daxil olub ölkəni seçib şəkildə qeyd edilən kodu yazıb müraciətə başlayırsınız. Bütün detalları doğru yazın. Dolduracağınız hər məlumatın kopyasını almağı unutmayın! )
https://ceac.state.gov/genniv/default.aspx
4) Formu doldurduqdan sonra aşağıdakı linkə daxil olub qeydiyyatdan keçərək özünüzə hesab yaradırsınız. Hesab yaratdıqdan sonra ödəniş edirsiniz.
Bura daxil olun
5) Ödənişi etdikdən sonra email adresinizə ödənişin qəbul olunduğunu təsdiq edən məktub gələcək. Və bundan sonra müsahibə gününü seçə biləcəksiniz.Adətən,ən tez bu məktubdan 25 gün sonra müsahibə seçə bilərsiniz.
Bu saytdan intervü tarixini seçəcəksiniz.
https://ais.usvisa-info.com/
Öz təcrübəmə əsasən tövsiyyələrim :
6)Məqsədiniz gəlib daimi qalmaq olsa belə səfirlikdə şübhə yaratmayın.
7)Bank hesabınızda çox da şişirdilmiş məbləğ göstərməyin.Təksinizsə,4000$ kifayət edir.
8) Mütləq göstərməyə iş yeriniz və ya tələbə kağızınız olsun. Heç biri olmasa vizanı unudun.
9) Adınıza maşın,ev keçirdin. Sizin Azərbaycana qayıdacağınıza inandırmaq üçün bunlar lazımdır.
10)Otel bronu mütləq edin. Booking.com-dan bron edən kimi təsdiq səhifəsini print edin,çünki 2 günə ödəniş etməyəndə ləğv edilir))
11) Yuxarıda qeyd edilən ölçüdə 2 şəklinizi çıxartdırıb özünüzlə müsahibəyə aparın.
12) Təyyarə bileti almayın,bron edin. Bronu online yox,aviakassalardan etmək məsləhətdir.
13)Müsahibəyə gedərkən mən üstümdə təkcə metro kartı götürmüşdüm,çünki,girişdə hər şeyi təhvil verirsiniz,sənədlərdən başqa.
14) Müsahibə alan şəxsin qarşısında həyəcanlanmayın,danışarkən gözündən başqa heç yerə baxmayın yoxsa yalan danışdığınızdan şübhələnə bilərlər.
15) 2 sualı 100% eşidəcəksiniz. – Səyahətdə məqsədiniz nədir,haraları ziyarət edəcəksiniz və gələcəkdə nə planlarınız var. Ziyarət edəcəyiniz yerləri internetdən öyrənib deyə bilərsiniz. Gələcək planları da inandırıcı bir şeylər deyin)
16) Səyahət müddətini 2 həftədən çox göstərməyin.Mən 10 gün göstərmişdim))
17) Əgər vizanı alsanız,bura gəlib problemlə qarşılaşmamaq üçün heç olmazsa 3000$ gətirin.

Mənbə: misirzada.us

OXŞAR XƏBƏRLƏR