"SKAL İnternational Baku” Klubunun 16-cı ziyarət-toplantısı keçirilib-Fotolar

Cəfər Cəfərov: "Klubun əsas məqsədi onun üzvləri arasında biznesin yaradılmasıdır"
Xəbərlər 7 May 2014 00:00 1463
"SKAL İnternational Baku” Klubunun 16-cı ziyarət-toplantısı keçirilib-Fotolar

Mayın 6-da “Emerald Hotel”-də "SKAL İnternational Baku” Turizm Profesionalları Assosiasiyanın 16-cı ziyarət-toplantısı keçirilib. Seyyah.az-ın məlumatına görə, tədbirdə çıxış edən "SKAL International Baku" klubunun prezidenti, Azərbaycan Turizm İnstitunun rektoru Cəfər Cəfərov klubun fəaliyyət planı haqqında məlumat verib.


C.Cəfərov bildirib ki, klubun əsas məqsədi onun üzvləri arasında biznesin formalaşdırılmasıdır: “Belə toplantılar klub üzvləri arasında ünsiyyətin qurulmasına və əlaqələrin yaraılmasına xidmət edir. Burada iştirak edənlər biznesi özləri arasında aparmaqla, qarşılıqlı mənfəət götürməyə çalışırlar. Eyni peşə sahiblərinin bir-birləri ilə ünsiyyət qurmasına daim ehtiyac duyulur. SKAL məhz buna xidmət edən bir  qurumdur”. Klub prezidentinin sözlərinə görə, yaxın vaxtlarda "SKAL İnternational Baku”  üzvlərinə təlimlərin keçirilməsi də nəzərdə tutulur.


 

Bu il Azərbycanın turizm sahəsində əldə etdiyi uğurlardan danışan C.Cəfərov bu sahədə görülməsi vacib olan məsələlərə də toxunub. Onun sözlərinə görə, bunlardan biri turizm kadrlarının yetişdirilməsidir. Rektor bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi ilə institut əməkdaşlarının birgə apardıqları araşdırmaların nəticələrinə görə, 2013-cü ildə turizmin ayrı-ayrı sahələri üzrə kadrlara olan tələbatın böyük hissəsini təmin etmək mümkün olacaq.

 

"SKAL İnternational Baku” Klubunun vitse-prezidenti Ceyhun Aşurov isə qurumun fəaliyyəti, görülən işlər barədə məlumat verib. Klub üzvləri arasında şəbəkələşmədən danışan C.Aşurov deyib ki, üzv şirkətlər öz məhsul və xidmətlərini bir-birilərinə təqdim edir və üzvlər bundan güzəştli şəkildə istifadə edə bilirlər.

 

Tədbirdə çıxış edən klubun ilk prezidenti, "Millennium Tourism & Congress DMC" şirkətinin rəhbəri Ruslan Quliyev Azərbaycan Turizm İnstitunu bitirmiş məzunların işlə təminatı məsələsinə diqqət yönəldib. O qeyd edib ki, bu gənclər turizm sahəsində işlə təmin edilməlidir: “Mən heç vaxt razı ola bilmərəm ki, Turizm İnstitunu bitirmiş kadrlar məcburiyyət qarşısında digər peşələrə üz tutsunlar. Hazırda turizm şirkətlərinin çoxunda belə gənclər çalışır və onların "Young SKAL" hərəkatını daha irəliyə aparmaq imkanları var. Belə gənclərə dəstək olmaq və onların turizmə tövhələrini vermələrinə şərait yaratmaq lazımdır”.     

 

"Emerald Hotel" haqqında təqdimatla çıxış edən otelin baş meneceri Şaiq Əliyev bildirib ki, 4 ulduzlu “Emerland Hotel” idman ve mədəni tədbirlər, işgüzar görüşler ve ailəvi bayramlar üçün mükəmməl bir məkandır. Otelin yerləşdiyi ərazi H.Əliyev adına beynəlxalq hava limanına yaxındır və şəhərin istənilən yerinə 10 dəqiqəlik məsafəsi var. Oteldə müasir texnologiya ilə təchiz olunmuş otel nömrələri, restoran, fitness və hovuz var.

 

Toplantıda "Young SKAL" Klubu (Gənc SKAL-çılar Birliyi) ilə bağlı təqdimat edilib. Həmçinin bölgələrin birində yeni “SKAL” klubunun yaradılması, turizmdə gənclərin təcrübə məsələləri, keyfiyyətin artırılması hədəfləri və digər məsələlər də müzakirə olunub.

Tədbirin sonunda "SKAL Tostu" deyilib və tədbir iştirakçıları Türkiyə Boğaziçi Aşçılar Dərnəyi üzvləri tərəfindən hazırlanan şam yeməyinə dəvət edilib.

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR