Misirə getmək istəyənlərə - ŞAD XƏBƏR

Xəbərlər 1 May 2017 00:00 842
Misirə getmək istəyənlərə - ŞAD XƏBƏR

İyunun 1-dən Misirə səfər edəcək turistlər vizanı elektron qaydada alacaq. Seyyah.az xəbər verir ki, bunu Misirin turizm naziri Yəhyə Rəşid yerli mediaya açıqlamasında bildirib.

Nazirin sözlərinə görə bundan sonra istənilən ölkənin vətəndaşı online olaraq Misirə viza almaq üçün müraciət edə bilər.

Həmçinin iyulun 1-dən etibarən Misirə viza rüsumunun bahalaşacağı gözlənilir. Belə ki, viza rüsumu 25 dollardan 60 dollara artırıclacağı gözlənilir.

Turizm şirkətinin nümayəndəsi Qalib İsmayılov Seyyah.az –a bildirdi ki, hazırda azərbaycanlı vətəndaşlar Misirə vizanı 60 dollara Misirin ölkəmizdəki səfirliyindən alırlar. Lakin bir müddət öncə Misirə vizanı həmin ölkənin hava limanında da almaq olurdu.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR