Oğuz Şimali Qafqaz dağlarının yamacında meşələri, şəlalələri, termal bulaqları ilə Qafqaz və Azərbaycanın ən gözəl yerlərindən biridir. Şəki və Qəbələnin arasında qalan və turistlərin çox da diqqətini çəkə bilməyən Oğuz vəhşi təbiəti və kəşf edilməmiş yerləri sevənlər üçün isə ən rəngli rayonlardan biridir.
Azərbaycanın regionlarını gəzərək təbiət fotoları çəkən fotoqraf Elsəvər Əli bu dəfə Oğuza gedib. O, Oğuzun dağ yamaclarında gizlənən gözəlliklərini kəşf edib. Elsəvər Əlinin çəkdiyi fotoları təqdim edirik:
Oğuz Qafqazda alban məbədləri ilə də tanınır. Rayon ərazisində 7 məbəd mövcuddur.
Mənbə: Pahoo