Xarici ölkələrə səyahət edən Azərbaycan vətəndaşlarının sayı artdıqca bu ölkələr barədə yayılan video və məlumatlandırıcı xəbərlər də çoxalmaqdadır. Bu biliklər nəticəsində bu vəya digər ölkələrə getməyə hazırlaşan turistlər daha çox biliyə malik olur, səyahətlərini daha düzgün planlaşdırır və ən əsası bəzi problemlərlə üzləşməkdən yaxa qurtarırlar. Bu sahədə vətəndaşları məlumatlandıranlardan biri də Seyyah.az turizm portalıdır. Portalımızın izləyicisi olan Zeynal Zeynallı bir neçə günlük Dubay səyahətinin əsas məqamlarını video lentəə alıb və Dubaya hazırlaşanlar üçün maraqlı ola biləcəyini nəzərə alaraq həmin videonu sizə təqdim edirik.