Amerikan səhər yeməyi mədəniyyəti

Xəbərlər 1 May 2017 00:00 1551
Amerikan səhər yeməyi mədəniyyəti

Bir azərbaycanlı olaraq,biz səhər yeməyində yağ,pendir,bal,çörək,şirin çay sayəsində enerji toplayıb günə başlayırıq.

Amerikada yaşayan,amerikalılara səhər yeməyi xidməti göstərən biri olaraq qeyd edim ki,bu insanların sevimli səhər yeməkləri aşağıdakı kimidir :

  1. Pancakes – Tərkibində yumurta,süd olur. Undan hazırlanır. Pancakes-in üzərinə syrup (şirə) əlavə edib yedikdə çox dadlı olur.
  2.  Scrambled eggs – Bildiyimiz qayğanaq. Amerikanlar səhərlər yumurta yeməyi də çox sevirlər. Duz-istiot öz yerində 
  3. BLT- Bacon,Lettuce,Tomato – Bacon(Hisə verilmiş donuz əti),kahı,pomidor. Sendviç. Təxminən,bir amerikalı il ərzində 18 pound (8 kg) bacon yeyir.
  4. Omelette – Omlet. Yumurta,pomidor,yaşıl bibər və çox vaxt donuz əti əlavə edilir.
  5. Bagel with cream cheese/ butter –  Pendir dadında kremli və ya yağlı bublik. Şəkildə gördüyünüz ” Everything bagel ” adlanır.
  6. Cereal – Bizim dildə taxıl gedir amma el arasında ” kaşa ” deyirik.

İçki olaraq isə amerikalılar adətən kofeni çaydan daha çox içirlər.

Nyu Yorkda gördüyüm qədər bu yeməkləri hazırlayanlar hamısı Deli və ya kafe-restoranlardı və 99% işçilər immiqrantlardır. Leqal və ya illeqal. İmmiqrant. Minimal maaşla işləyənlər.

Mənbə: misirzada.us

OXŞAR XƏBƏRLƏR