
Antalya – Türkiyənin ən populyar və gözəl kurortlarından biridir. Şəhər özünün kölgəli bulvarları, al-əlvan gülləri, gözəl iqlimi ilə məşhurdur, Antalyanın otelləri əla servis təqdim edir, kurortun çimərlikləri isə istirahət üçün mükəmməl uyğundur. Seyyah.az çimərlik istirahətindən başqa Antalyada nə ilə məşğul ola biləcəyinizdən bəhs edir.
Antalyada çox sayda möhtəşəm təbii gözəlliklər vardır, bu yerlərə ekskursiya xoş xatirələrlə sizin yaddaşınızda qalacaqdır. Mütləq Karaalioğlu parkını ziyarət edin. O, sahil boyunca qayaların üzərində yerləşmişdir, buradan körfəzə və dağlara möhtəşəm mənzərə açılır. Düden şəlalələrini də unutmaq olmaz, burada siz müşahidə meydançasına qalxa və karst mağaralarını görə bilərsiniz.

Antalya şəhərinin ən diqqətəlayiq memarlıq nümunəsi və rəmzi – Yivli minarəsidir, onu mütləq ziyarət edilməli yerlərin siyahısına daxil edin. O, 12-ci əsrdə Sultan Əlaəddin Keyqubadın hakimiyyəti dövründə inşa edilmişdir. Kurortun daha bir əhəmiyyətli tarixi görməli yeri – Hadrian qapısı və Hıdırlık qülləsidir.

Antalya – yalnız çimərlik və ekskursiya istirahəti üçün gözəl yer deyil. Burada aktiv həyata tərzi həvəskarları üçün çox sayda imkanlar mövcuddur. Turistlər kurortda serfinqlə, dayvinqlə, raftinqlə və yelkənli idmanla məşğul olurlar. Şəhərdə böyük və müasir akvapark vardır.

Gecə həyatının həvəskarları kurortun klub və barlarına heyran olacaqlar. Diskotekalar, restoranlar, barlar, pablar və klublar qonaqlara səhərə qədər canlı musiqi dinləməyi, hit musiqilərin sədaları altında rəqs etməyi və yaxşı vaxt keçirməyi təklif edirlər.
Rok musiqini və səhərə qədər rəqs etməyimi xoşlayırsınız? Bu zaman siz Ally’s gecə klubunu ziyarət etməlisiniz. Əgər müasir pop musiqinin sədaları altında rəqs etmək istəyirsinizsə, bu zaman dəbli İnferto klubu sizin üçündür.