Daim yerli və əcnəbi turistlərin diqqətini cəlb edən Quba bu dəfə qonaqlarını yeni turla təəccübləndirmək istəyir. Belə ki, bir müddət əvvəl turistlərə 4 istiqamət Quba-Xınalıq, Quba-Ləzə, Quba-Xanagah, Quba-Asurca turlarını təqdim edən Quba Turizm İnformasiya Mərkəzi qonaqlarına yeni Quba-Alıc turunu təqdim edir.
Mərkəzdən Seyyah.az-a verilən məlumata görə, tur Qubada Heydər Əliyev mərkəzindən başlayır və Qırmızı qəsəbə, Ərdəbil məscidi, Cümə məscidi, Quba meydanı, tarixi evlərlə tanışlıq, Səkinə xanım məscidi, Nizami parkı, Quba soyqırım memorial kompleksi, Nügədi kəndi və məscidi, Alıc kəndi daxildir. İstəkdən asılı olaraq tur zamanı “Rixos” kompleksinə də baş çəkmək olar.
Alıc kəndi
Kənd meşəlik sahəsi ilə əhatə olunub. Gözəl təbiətə malik kənddə qonaqların qalması üçün evlər də təklif olunur.
Quba Turizm İnformasiya mərkəzindən verilən məlumata görə, tura qatılmaqla Alıc kəndində gecələmək qiyməti 100-120 manat arasında dəyişir. Bu qiymətə yuxarıda adları sadalanan yerləri gəzmək, Alıc kəndində evdə qonaqlamaq və səhər yeməyi daxildir.
Kənd evlərində qalmaq istəməyənlər Quba-Alıc turu üçün 50-60 manat ödəməli olacaqlar.
Mənbə: Turizm.fins