Azərbaycandan bu ölkəyə gedənlərin sayı artıb

Xəbərlər 2 May 2017 00:00 558
Azərbaycandan bu ölkəyə gedənlərin sayı artıb

Aprel ayında Gürcüstana  510 594 turist gəlib.

Bu barədə Gürcüstanın Milli Turizm Agentliyindən bildirilib. Bu rəqəm keçən ilin eyni dövründən 10, 2% çoxdur.

Məlumatda qeyd olunub ki, 2017-ci ilin aprel ayında Gürcüstana keçən illə müqayisədə Azərbaycandan 7,1%, Ermənistandan 13, 2%, Türkiyədən 19, 2%, Rusiyadan 16,5%  və Ukraynadan 27,2% çox turist gəlib

Aprel ayında Avropa İttifaqı ölkələrindən Gürcüstana gələn turistlərin sayında da artım müşahidə olunub. Ümumilikdə, 2017-ci ilin dörd ayı ərzində ölkəyə 1 776 719 turist gəlib.  Bu, ötən ilin eyni dövründən 11, 1% çoxdur. Gürcüstan 2016-ci ildə xarici turizmdən  2,2 milyard dollar xalis gəlir əldə edib və bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 230 milyon dollar çoxdur.

 

Mənbə: APA

OXŞAR XƏBƏRLƏR