Vətəndaşları ən yüksək vergi ödəyən - 10 ÖLKƏ

Xəbərlər 2 May 2017 00:00 581
Vətəndaşları ən yüksək vergi ödəyən - 10 ÖLKƏ

Bu yazıda sizi vətəndaşları ən yüksək vergi ödəyən 10 ölkə ilə tanış edəcəm. Düzdür,Azərbaycanda da vergi ödənilir,amma tək fərq var ki,vergi sizin razılığınızla sizin yerinizə sizin qazancınızdan ödənilir.

Nümunə : Mən KFC-də işləyərkən AFK MMC ilə müqavilə imzalayırdıq. Saatlıq 2.50 azn (Before tax) alırdıq,vergidən sonra isə bank hesabıma saatlıq 2.00 AZN(After tax) əlavə edilirdi.

Bir çoxunuz elə 300 AZN razılaşıb 300 AZN alırsınızsa və nə əmək kitabçanız nə də sosial müdafiə fondu (təqaüd) kartınız yoxdursa,deməli,siz və iş verən hüquqi şəxs vergidən yayınırsınız

Azərbaycanda insanlar deyir niyə vergi ödəyək ? Əslində haqlı sayılırlar. Ödədikləri verginin faydasını görmürlərsə,hara xərcləndiyini bilmirlərsə,niyə ödəsinlər ?

Yazını Avropa kateqoriyasına əlavə edirəm,səbəbim isə 8 ölkə Avropa qitəsinə məxsusdur

Aruba – Niderland Krallığının tərkib hissəsində olan bir ada. Cənubi Amerika materikində yerləşir. 59% vergi!

İsveç – Avropada ən yüksək,Dünyada isə ikinci ən yüksək vergini İsveç vətəndaşları ödəyirlər. 56.6%

Danimarka – Kiçik ölkə ola bilər,amma mövzu gəlir vergisidirsə,əfv gözləməyin!  55.38 %

Niderland Krallığı – Bir çoxumuzun Amsterdama gedib orda nəşəli keks yeməyi arzuladığı ölkədə vətəndaşların ödədiyi vergi qazancın 52%-ni təşkil edir.

Pivələri ilə dünyanı fəth edən Belçika – 50 % vergi.

Avstriya – Rəsmi dili Almanca olan bu ölkədə vətəndaşlar ümumi olaraq  50% ətrafında vergi ödəyirlər.

Yaponiya – İnsanlarının zəhmətkeş olduğu bu ölkənin vətəndaşları isə 48% gəlir vergisi ödəməyə məcburdular.

Birləşmiş Krallıq – Bir fərq var ki,bir şəxsin illik gəliri 14.000 pound sterlingdən azdırsa,O,vergi ödəmir. Gəliriniz 234.000 $ yüksəkdirsə,50 % hökumətə vergi kimi çak-çuk ediləcək

Finlandiya – Ortalama illik gəlir 31.000 $ hesablanan bu ölkədə gəliriniz 87.222 $-dan çoxdursa,48% vergi ödəyicisinə çevriləcəksiniz.

İrlandiya – Google və Apple şirkətinin 12% vergi ödədiyi ölkədə İrlandiyalı vətəndaşlar bu qədər xoşbəxt deyil. Belə ki,onlar da 47 % vergi ödəməlidirlər.

Bu qədər.

Azərbaycanda vergidən yayınanlara da,vergidən gələn pulu şot verməyə xərcləyənlərə ar olsun!

 

Mənbə: misirzada.us

OXŞAR XƏBƏRLƏR