Milli Turizm Təbliğat Bürosu Bakı şəhərində fəaliyyət göstərən iaşə obyektlərində könüllü monitorinqlər keçirir. Bürodan Seyyah.az-a verilən məlumata görə, yoxlamada məqsəd şəhərimizə gələn qonaqlara göstərilən xidmət səviyyəsinin və turist məmnunluğunun artırılması, eləcə də, kiçik və orta sahibkarlığa dəstək verməkdir.
Qeyd edək ki, proqram çərçivəsində obyektlərdəki əməkdaşlara təlimlər də keçilir. Mayın 1-dən 10-a kimi istənilən turizm potensiallı obyekt Büroda qeydiyyatdan keçə bilər.
Qeydiyyat başa çatdıqdan sonra İsveçrədə təhsil almış azərbaycanlı mütəxəssislər həmin obyektlərə baxış keçirərək xidmət səviyyəsinin artırılıması və digər sahələr üzrə məsləhətlər veriləcək.
Qeyd edək ki, monitorinqdə iştirak və qeydiyyat ödənişsizdir.
Mənbə: Turizm.fins