Ən ucuz piknik Azərbaycanda mümkündür – SİYAHI

Xəbərlər 2 May 2017 00:00 2083
Ən ucuz piknik Azərbaycanda mümkündür – SİYAHI

May ayı təbiət qoynunda kabab mövsümünün açılışı sayılır. Seyyah.az MDB ölkələri arasında ətin və piknikin ən ucuz qiymətləri monitorniqini sizə təqdim edir.

Qeyd edək ki, MDB ölkələri arasında ən populayar kabab qoyun və toyuq ətindən hazırlanır.

MDB ölkələri arasında quzu ətinin indeksi (1kq)

Belarus

$11.7

Rusiya

$7.5

Ermənistan

$7.20

Azərbaycan

$7

Gürcüstan

$6

Qırğızıstan

$5-6

Beləliklə, ən bahalı quzu kababını Belaruslar, ən ucuzunu Qırğızstanlılar yeyəcək.

MDB ölkələri üzrə toyuq ətinin indeksi

Azərbaycan

$4

Gürcüstan

$3-4

Ermənistan

$3.60

Qırğızıstan

$2-3

Rusiya

$2

Belarus

$2

 

Toyuq ətindən isə ən bahalı kabab bizim vətənimizdədir. Quzu ətindən fərqli olaraq Balarusiyada toyuq ətindən kabab daha ucuz başa gəlir.

Təmiz havada piknik neçəyə başa gələcək?

Piknikə gedərkən, ilk növbədə, kabab bişirmək barədə düşünürük. Bəs bu, neçəyə başa gəlir?

Piknikdə bizə lazım olan minimum ərzaqlar bunlardır:

quzu əti -1.2 kq,

tərəvəz – pomidor və xiyar- hərəsi 1.5 kq

şərab - 2 şüşə.

Belə bir siyahı ilə ən bahalı kabab “komplekti” Rusiyada başa gələcək – 44 dollar. Belarusiyada – 1.5 dəfə daha az – 23 dollara başa gəlir.

Mənbə: Fins

OXŞAR XƏBƏRLƏR