Mərmərə dənizi narıncı rəngə bürünüb – SƏBƏBLƏR

Xəbərlər 2 May 2017 00:00 528
Mərmərə dənizi narıncı rəngə bürünüb – SƏBƏBLƏR

Türkiyədə Mərmərə dənizi qismən narıncı rəng alıb. Seyyah.az "Daily Sabah"a istinadən xəbər verir ki, Tekirdağ şəhərinin sahilində dəniz suyu gözə görünməyən planktona görə dəyişib.

Yerli sakinlər isə dəniz suyunun rəngini dəyişməsinə məişət tullantılarının və ya kimyəvi qatqıların səbəb olduğundan şübhələnir.

Lakin ekspertlər əsl səbəbi Noctiluca mikroorqanizmin çoxalmasında görür. Bu mikroorqanizmi həm də gecə işiğı və ya dəniz şamı adlandırırlar.

Mütəxəssislərin rəyinə görə, müxtəlif rəngli plankton dəniz suyuna narıncı, çəhrayı, yaşıl və yaxud qırmızı rənglər verə bilər.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR