Turizm mövsümü ilə əlaqədar olaraq aprelin 1-dən noyabrın 30-dək Azərbaycan vətəndaşlarına Monteneqroya viza tələbi müvəqqəti ləğv edilib. Mədəniyyət və Turizm Nazirliyindən seyyah.az-a verilən məlumata görə, bu barədə nazirliyə Monteneqronun Türkiyədəki səfirliyindən bildirilib.
Xəbərdə qeyd edilir ki, Azərbaycan vətəndaşlarına tətbiq olunan vizasız rejim yalnız turizm yollayışı ilə 30 gün müddətində Monteneqro ərazisində qalmağa icazə verilir.