Təyyarədə üçotaqlı mənzil - TƏƏCCÜBLƏNMƏYİN

Xəbərlər 7 May 2014 00:00 1694
Təyyarədə üçotaqlı mənzil - TƏƏCCÜBLƏNMƏYİN

Etihad Airways (Abu-Dabi) aviaşirkəti yeni, üçotaqlı nömrələri olan Airbus A380-ni təqdim edib. Daha çox pul ödəməyə hazır olan sərnişinlər üçotaqlı lüks nömrələrdə uçacaqlar. A380-nin üst göyərtəsi qonaq, yataq və vanna otağından ibarət mehmanxana nömrələri kimi quraşdırılıb.


Aviaşirkət nümayəndələri bildirir ki, məqsəd xidmətin səviyəsini daha da yüksəltməkdir. Cəmi 10 ədəd olan bu təyyarələrin ilk partiyasını "Etihad" dekabr ayında almağı planlayır. Təyyarə Abu-Dabi – London reysi üzrə uçacaq. Aviaşirkət eləcə də öz yeni Boeing-787 təyyarələrində birinci sinif üçün xidmət servisini yüksəltməyi planlayır.

OXŞAR XƏBƏRLƏR