Ov turları – İSTİQAMƏTLƏR - QİYMƏTLƏR

Xəbərlər 4 May 2017 00:00 2463
Ov turları – İSTİQAMƏTLƏR - QİYMƏTLƏR

Ölkəmizdə fəaliyyət göstərən “CB Travel” turizm şirkəti ov həvəskarlarına öz xidmətlərini təqdim edir. Turizm.fins.az turizm şirkətindən verilən məlumata görə,  ov turlarının qiymətlərini təqdim edir.

 

Quş ovu

Turda iştirak üçün minumum iki nəfər olmalıdır. Ovçuluq turunun müddəti 4 gecə 5 gündür. Tura 5 ulduzlu hoteldə qonaqlama, 3 dəfə qidalanma, ov üçün nəzərdə tutulmuş gəmi və kater, offroad avtomobil, silah və ləvazimatlar, həmçinin Bakı-Mingəçevir-Bakı transferi daxildir. Ovçuluq turunun bir nəfər üçün qiyməti 1500 dollardır.

 

Dağ keçisi ovu

Dağ keçisi ovçuluq turunun müddəti isə 3 gecə 4 gündür. Tur qiymətinə 4 ulduzlu hoteldə qonaqlama, 3 dəfə qidalanma, offroad nəqliyyat vasitəsi, silah və ləvazimatlar, Bakı-Quba-Bakı transferi daxildir. Turun qiyməti 1 nəfər üçün 4000 dollardır.

 

Balıq ovu

Balıq ovu turları da Quş ovu turu kimi Mingəçəvirdə keçirilir. Lakin balıq ovu turunun müddəti digərlərindən bir qədər azdır. Belə ki, Mingəçevirdə balıq ovu turu 2 gecə 3 gün davam edir. Tura hoteldə 3 gün qonaqlama, 3 dəfə qidalanma, ov üçün nəzərdə tutulmuş gəmi və kater,  Bakı-Mingəçevir-Bakı transferi daxildir. Turun qiyməti isə 1 nəfər üçün 300 dollardır.

Məlumat üçün bildirək ki, hər üç turda minumum iki nəfər iştirak etməlidir. Əks halda tur baş tutmaya bilər. 

OXŞAR XƏBƏRLƏR