Evdən çıxmadan səyahət sığortası - YENİLİK

Səyahət sığortasının onlayn satışına başlanılıb
Xəbərlər 7 May 2014 00:00 1068
Evdən çıxmadan səyahət sığortası - YENİLİK

Turizm mövsümünün başlaması və səyahətə hazırlaşanların sayı artdıqca səyahət sığortasına tələbat da artır. Xəbər verdiyimiz kimi, “Atəşgah” sığorta şirkəti səyahət sığortasının onlayn satışına başlayıb. Bu usulla sığortalanmaq üçün müştəri hesab.az portalına daxil olub “Atəşgah” sığorta bölməsini seçir, lazımi məlumatları daxil etməklə və ödəniş etməklə səyahət sığortasını əldə edə bilər. Şirkətin Biznesin inkişafı idarəsinin rəisi Emin Rzayevin sözlərinə görə, bu usulla alınan sığrta polisi 24 saat ərzində pdf formatında istifadəçinin e-poçt ünvanına göndərilir: "İstifadəçi həmin sənədi istər elektron formada, istərsə də, çap edib istifadə edə bilər".

İdarə rəisinin sözlərinə görə, səyahətə hazırlaşan şəxsin sığortanı onlayn qaydada  alması bir neçə cəhətdən sərfəli və rahatdır. Əvvəla şirkət demək olar ki, bütün ölkələrin viza tələbləri ilə tanışdır, ona görə də, sığorta müqaviləsi alınması o şərtlərə uyğundur: “Biz həmin ölkələrin səfirlikləri ilə əməkdaşlıq etdiyimizə görə, tələb olunan şərtlərdən mütamadi agah oluruq və sinxron şəkildə bu, sığorta polisində əks olunur. İstifadəçi gedəcəyi ölkəni və o ölkənin səfirliyinin seçir və avtomatik olaraq buna uyğun olaraq sığortalanma məlumatları təqdim olunur. Məsələn, sığortalanmış günlərin sayı, şərtlər və tələblər və s. haqda məlumat alır. Əgər istifadəçi razı deyilsə, ya da əgər onun artıq vizası varsa və sadəcə olaraq həmin ölkəyə səfər etmək istəyirsə, oda həmin günlərin sayında dəyişiklik etmək imkanına malikdir”.

Onlayn sifarişin digər üstünlüyü müştərinin vaxtına və enerjisinə qənaət edə bilməsidir. Ən əsası sığortanı çox qısa vaxtda - məsələn sabah xaricə səyahətə gedəcəksə, bu gün ala bilər: "Bunun üçün heç bir yerə getmək lazım deyil. İş vaxtı bitib-bitməyib fərqi yoxdur- onlayn sifariş sistemi 24 saat işləyir".

Səyahət sığortasının qiymətində fərqlər daha çox səfərin məqsədi ilə bağlı ola bilər. Məsələn, istifadəçi sadəcə turizm məqsədilə, ya da hansısa idman növü ilə məşğul olmaq məqsədilə gedirsə, burada fərq ola bilər: “Təbii ki, hansısa tarixi abidələri, muzeyləri görmək üçün gedənlərlə, təhlükəli idman növləri ilə məşğul olmaq məqsədilə gedənlərin risk dərəcəsi və buna uyun olaraq da sığortalanma qiyməti eyni ola bilməz. İkincilərdə sığorta haqqı nisbətən yüksək olur”.

Adi sığorta müqaviləsində olduğu kimi, onlayn alınan sığorta polisində də bütün məlumatlar əks olunur- məsələn, hansı hallardan sığortalanma, xarici ölkədə olarkən hansı əlaqə vasitələrindən istifadə etmək və s. ilə bağlı məlumat ala bilər. Yeri gəlmişkən, sığorta polisi hesab.az-dan sifariş edilən zaman portalın hədiyyəsi olaraq müştəriyə 20 min xal bonus verilir və bu xalları hesab.az-ın təklif etdiyi məhsullara xərcləyə bilərlər.

Məlumat üçün bildirək ki, "Atəşgah" digər sığorta məhsullarını da onlayn formada satır, artıq avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası onlayn sistemdə təklif olunur. Yaxın vaxtlar digər sığorta növləri də bu üsulla müştərilərə təklif olunacaq.

 

OXŞAR XƏBƏRLƏR