AZAL-dan 90%-lik endirim – KAMPANİYA

Xəbərlər 4 May 2017 00:00 2549
AZAL-dan 90%-lik endirim – KAMPANİYA

"Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan Dubaya olan uçuşlara yeni aksiya barədə elan edir.

Hər bir böyük sərnişin Bakı-Dubay-Bakı istiqamətində 2017-ci il mayın 25-dən iyunun 25-dək olan uçuşlara aviabilet aldıqda 12 yaşınadək uşaq üçün 90% endirimlə aviabilet əldə edə bilər.

Bundan əlavə, Dubaya axşam reyslərinə (J2-015/J2-016/115/116) mayın 9-dan iyunun 25-dək olan uçuşlara böyük sərnişin üçün aviabiletin ümumi qiyməti cəmi 199 avro təşkil edəcək.

Sərnişinlər hər iki aksiyanın üstünlüklərindən eyni vaxtda istifadə edə bilərlər.

 

Həmçinin aviabiletin qiymətinə baqajın (23 kq-a kimi) pulsuz daşınması, soyuq və isti yeməklərin tam çeşidi daxildir.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR