Kanadanın bu əyaləti immiqrantları qəbul etməyə hazırlaşır

Xəbərlər 4 May 2017 00:00 1017
Kanadanın bu əyaləti immiqrantları qəbul etməyə hazırlaşır

Yaxın günlərdə Kanadanın Yeni Şotlandiya əyaləti immiqrantların qəbulu ilə bağlı məşhur Nova Scotia Nominee Program-ını işə salmağa hazırlaşır.

Seyyah.az xəbər verir ki, Nova Scotia Demand: Express Entry proqramı ali təhsilli ixtisaslı peşəkarları işə cəlb etmək niyyətindədir. Namizədlərin seçimi Express Entry-dən qeydiyyatdan keçən şəxslər arasından seçiləcək. Seçilmiş namizədlər Yeni Şotlandiyada yaşamaq hüquqi qazanacaqlar.

Qeyd edək ki, 2017-ci ildə Ontario Saskaçevan və Britaniya Kolumbiyası Express Entry proqramında qeydiyyatda olan namizədlər arasından seçim ediblər. Məlumat üçün bildirək ki, əvvəllər Yeni Şotlandiya adıçəkilən proqramdan ilk qeydiyyat keçənlərə üstünlük verilirdi. Bu səbəbdən miqrasiya ekspertləri qeydiyyatdan tez keçməyi məsləhət görürlər.

Namizədə tələblər:

Express Entry-da aktiv profilin olması;

Vakant yerlərə dair namizədlərin 1 illik iş stajı;

Orta təhsil haqqında attestat;

Canadian Language Benchmark 7 səviyyəsində İngilis və ya Fransız dil biliyi;

 

Yeni Şotlandiyada məskunlaşmağa dair yetərli maliyyə vəsaitinin olması.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR