Əyləncəli proqram keçiriləcək – İŞTİRAK PULSUZDUR

Xəbərlər 4 May 2017 00:00 983
Əyləncəli proqram keçiriləcək – İŞTİRAK PULSUZDUR

Milli Turizm Təbliğat Bürosu mayın 6-da “Park Bulvar” Ticarət Mərkəzində paytaxt sakinləri, şəhərin və ölkənin qonaqları üçün əyləncəli proqram təşkil edəcək.

Seyyah.az xəbər verir ki, Baku Shopping Festivalı çərçivəsində saat 12:00-dən etibarən uşaqlar üçün əyləncəli animasiya proqramı, saat 13:00-dən etibarən isə populyar intellektual oyun - "breyn rinq" formatında yarış keçiriləcək.

 

Proqramda İştirak ödənişsizdir. Qalibləri hədiyyələr gözləyir. Yarış rus dilində keçiriləcək.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR