Sabir bağında konsert olacaq – GİRİŞ PULSUZDUR

Xəbərlər 4 May 2017 00:00 1308
Sabir bağında konsert olacaq – GİRİŞ PULSUZDUR

“Mədəniyyətlərarası dialoq: insan təhlükəsizliyi, sülh və dayanıqlıq inkişaf naminə yeni imkanlar” mövzusunda IV Mədəniyyətlərarası dialoq Ümümdünya forumu çərçivəsində Bakıda xüsusi mədəni proqram təşkil ediləcək.

Seyyah.az xəbər verir ki, Milli Turizm Təbliğat Bürosu mayın 4-6-da Sabir bağında sənətkarlıq nümunələrinin və milli mətbəx sərgisini, habelə konsert proqramını təqdim edəcək.

Mayın 4-ü saat 20:00-da “Radio&Video” rok qrupu, mayın 5-i saat 18:00-da Günay İbrahimli, Yaşar Yusub, Samir Salam və digərlərinin iştirakı ilə etnokonsert, saat 21:30-dan isə caz və blyuz sədaları  altında romantik axşam təşkil ediləcək.

Mayın 6-da saat 20:00-da “Dərvişbend” qrupunun solisti Nara Vayt öz proqramını təqdim edəcək.

Xatırladaq ki, Ümumdünya forumunda UNESCO, ISESCO, İƏT, QİƏT, İslam tarixinin, mədəniyyətinin və incəsənətinin öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin, Ərəb məğrib birliyinin, Türkdilli ölkələrin əməkdaşlığı birliyinin və TÜRKSOY-un rəhbərliyi, dövlət başçıları, birinci xanımlar və müxtəlif ölkələrin mədəniyyət nazirləri iştirak edirlər.

 

Forum 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən başladılan “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunub. Milli Turizm Təbliğat Bürosunun təşkil etdiyi tədbirlərə giriş sərbəstdir.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR