Azərbaycanlılar Avropada ən çox - BU ŞƏHƏRƏ GEDİRLƏR

Xəbərlər 5 May 2017 00:00 683
Azərbaycanlılar Avropada ən çox - BU ŞƏHƏRƏ GEDİRLƏR

Ölkəmizə gələn turistlərlə yanaşı Azərbaycandan da turistlər başqa ölkələrə gedirlər. Seyyah.az xəbər verir ki, azərbaycanlı turistlərin uzun illərdi ən çox getdiyi istiqamətlər İstanbul, Antalya, Bodrum və Dubaydı.

Lakin son zamanlar ölkə turistləri arasında yeni bir istiqamət də formalaşıb. Bu Macarıstanın paytaxtı Budapeştdir. Belə ki, turizm şirkətlərindən birinin meneceri Səidə Məmmədovanın dediklərinə görə, buna səbəb WizzAir-in ölkəmizdən Avropanın bu şəhərinə ucuz qiymətə uçuşlar həyata keçirməsidir.

Digər bir səbəb kimi isə Budapeştə getdikdən sonra Avropanın digər istiqamətlərinə rahat səfərlər etmək olduğu göstərilir.  

Mənbə: fins.az

OXŞAR XƏBƏRLƏR