Unikal mağara-klinika işə başladı

Xəbərlər 5 May 2017 00:00 674
Unikal mağara-klinika işə başladı

Gürcüstanlı və çexiyalı speoloqlar mühüm kəşf ediblər. Turizm.fins.az xəbər verir ki, Gürcüstanda İmeretiya əyalətində olan Saçurbliya mağarası bir çox xəstəliklərin müalicəsi üçün faydalı olduğu bildirilib.

Araşdırmalardan sonra məlum olub ki, mağaranın iqlimi xüsusi özəlliyə malikdir. Belə ki, buradakı təbii şərait  bronxial asma, allergik xəstəliklər və bronxit kimi tənəffüs yolları xəstəliklərindən müalicə olunmağa imkan verir.

Hazırda mağaranın müalicə mərkəzi kimi istifadə olunması üçün Gürcüstan hökuməti 245 min dollar ayırıb. Mağarada  3 saat qalmaqla 10 gün ardıcıl müalicə olunmaq olar.

Rəsmilərin fikrincə, mağara klinika işə başladıqdan sonra turistlərin böyük marağına səbəb olacaq və bu da ölkənin tibbi turizminə müsbət təsir edəcək.

 

Məlumat üçün bildirək ki, mağara Tiflisdən 257 kilometr aralıda yerləşir.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR