“Miss Globe İnternational”-ın final mərhələsi Bakıda keçiriləcək- "Crystall Hall"-da

Xəbərlər 7 May 2014 00:00 1583
“Miss Globe İnternational”-ın final mərhələsi Bakıda keçiriləcək- "Crystall Hall"-da

Dünyanın ən böyük gözəllik yarışması – "Miss Globe İnternational" müsabiqəsinin final mərhələsi ilk dəfə olaraq Azərbaycanın paytaxtı Bakıda keçiriləcək. Bu münasibətlə “Miss Globe İnternational” ın sahibi Rasim Aydınla Merac Productionun prezidenti Səbuhi Əliyev arasında razılıq haqda rəsmi sənəd imzalanıb. Qeyd edək ki, “Miss Globe İnternational” ın sahibi Rasim Aydın ABŞ-ın RCA Global Entertaiment şirkətini Hollivuddan satın almış və 2010-cu ildən etibarən “Miss Globe İnternational”ın mərkəzi Türkiyədir.

R.Aydının sözlərinə görə, “Miss Globe İnternational” –ün 89-cu finalının Bakıda keçirilməsi dünyanın diqqətinin bir daha Azərbaycana yönəldəcək.. “Miss Globe İnternational” yarışması Merac Production və Signs Art Adventure şirkətinin birgə təşkilatçılıgı ilə baş tutacaq. Signs Art Adventure şirkətinin prezidenti və layihənin rəhbəri Nigar Məmmədovanın sözlərinə görə, yarışmanın 89-cu finalının möhtəşəm olması üçün Azərbaycanın paytaxtına gələcəklər.

Dünyanın müxtəlif ölkələrində bu müsabiqəyə böyük maraq olduğundan “Miss Globe İnternational” yarışmasının finalı dünyanın ən az 70 ölkəsinin geniş auditoriyaya malik telekanalları vasitəsilə yayımlanacaq. “Miss Globe İnternational” iki mərhələdən ibarətdir. Birinci mərhələ “Miss Globe National Baeuty” müsabiqəsidir. Milli finallarda qələbə qazanaraq öz ölkələrinin ən gözəli seçilmiş qızlar ikinci mərhələyə vəsiqə qazanaraq güclərini “Miss Globe İnternational” yarşmasında sınamaq imkanı əldə edirlər. Yaxın günlərdə “Miss Globe Azerbaijan” seçmək üçün kastinq elan olunacaq. Mayın 20-30 tarixləri arasında kastinq yekunlaşacaq və ölkəmizi bu nüfuzlu beynəlxalq gözəllik yarımasında təmsil edəcək Azərbaycan gözəli müəyyən olunacaq.  

 

 

“Miss Globe İnternational”-ın 89-cu finalı iyunun 21-də "Crystall Hall"-da keçiriləcək.

OXŞAR XƏBƏRLƏR